Slimfit
  1. SİYASƏT

Oqtay Əsədov: 'Müstəqil Azərbaycan Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir'

Oqtay Əsədov: 'Müstəqil Azərbaycan Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir'
Sakura

Oqtay Əsədov: 'Müstəqil Azərbaycan Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir'

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federasiya Şurasının Sədr müavini İlyas Umaxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, görüşdə Dağıstan Respublikası Xalq Məclisinin Sədri Xizri Şıxsəidov və digər rəsmi şəxslər də iştirak ediblər.

Spiker bildirib ki, müstəqil Azərbaycan Rusiya Federasiyası, onun subyektləri, o cümlədən Dağıstanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir:

“Xalqlarımız arasındakı mədəni və mənəvi yaxınlıq münasibətlərimizin daha da inkişafı üçün yaxşı zəmin yaradır. Ölkə başçılarının görüşlərində aparılan danışıqlar və imzalanmış sənədlər əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qalxması baxımından çox əhəmiyyətlidir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrimizə də öz müsbət təsirini göstərir. Parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı ümumi məqsədlərə xidmət edir.

Rusiya tərəfdən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrup üzvləri arasında Dağıstandan olan deputatların fəaliyyətini təqdirəlayiqdir. Deputatlarımızın qarşılıqlı səfərləri onları düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir”, - deyə O.Əsədov deyib.

Görüşdə bildirilib ki, dini liderlərin növbəti sammitində iştirak etmək üçün ölkəyə səfər etmiş Rusiya nümayəndə heyəti Milli Məclisdə olmaqdan çox məmnundur.

Qonaqlar qeyd ediblər ki, müştərək tarixi keçmişə malik xalqlarımız arasında münasibətlərin dərinləşməsi günün tələbidir: "Rusiya, o cümlədən Dağıstan Azərbaycanla iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da genişləndirməyə böyük əhəmiyyət verir".

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında danışılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR