Slimfit
  1. AZƏRBAYCAN

Oqtay Əsədov koreyalı həmkarı ilə Qarabağdan danışdı

Oqtay Əsədov koreyalı həmkarı ilə Qarabağdan danışdı
Sakura

Oqtay Əsədov koreyalı həmkarı ilə Qarabağdan danışdı

Türkiyənin Antalya şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament sədrlərinin növbəti görüşü keçirilib.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, görüşdə spiker Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım TürkPA-nın hədəflərindən danışıb. Türkiyə parlamentinin sədri qeyd edib ki, əsas məqsədlərdən biri babalarımızdan miras qalan qardaşlıq dəyərlərini yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır. TürkPA-nın baş katibi Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə bildirib ki, yeni baş katib təşkilatın fəaliyyətinin daha səmərəli qurulması üçün böyük səylər göstərəcək. 

TBMM-in sədri noyabrın 21-22-də Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında faydalı müzakirələrin aparılacağına, əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib. Binəli Yıldırım təşkilat üzvlərinin yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istədiklərini söyləyib. TürkPA-nın mərkəzi qərargahının Bakı şəhərində yerləşdiyini xatırladan Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib. Azərbaycan parlamentinin sədri qeyd edib ki, bu il TürkPA-nın yaranmasının 10-cu ildönümü tamam olur. Ötən dövrdə TürkPA bir sıra beynəlxalq təşkilatların məşvərətçi üzvü olub və beynəlxalq aləmdə mövqelərini gücləndirib. Böyük perspektivə malik olan Türkdilli Ölkələrin Parlament Assambleyası bu müddətdə bir sıra mühüm layihələr həyata keçirib.

Sonra digər ölkələrin parlament rəhbərləri də TürkPA-nın fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Təşkilatın reallaşdırdığı layihələr yüksək dəyərləndirilib və əminlik ifadə olunub ki, TürkPA bundan sonra da fəaliyyətini dinamik məcrada davam etdirəcək.

Həmçinin Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq ilə görüşüb. Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Koreya parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Cümhuriyyət parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan-Koreya münasibətlərinin 25 illik inkişaf dinamikasını yüksək dəyərləndirən spiker qeyd edib ki, Azərbaycan tarixi İpək yolunun bərpasında və genişlənməsində aparıcı rola malikdir. Ölkələrimiz coğrafi baxımdan uzaq olsalar da, onları oxşar mədəniyyət və dəyərlər birləşdirir.

Təbrikə və səmimi sözlərə görə Koreya Parlamentinin sədri Mun Hi-sanqa təşəkkürünü ifadə edən Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Koreya arasında müştərək komissiyaların fəaliyyəti, birgə biznes forumların təşkili əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün böyük imkanlar yaradır. 

Azərbaycanın qeyri-neft sektorundakı inkişaf istiqamətləri barədə məlumat verən Milli Məclisin sədri Oqtay Əsədov vurğulayıb ki, ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi böyük perspektivə malikdir. Azərbaycan və Koreya şirkətləri birgə layihələr həyata keçirirlər. Azərbaycan xarici sərmayələr üçün açıqdır və bunun üçün ölkəmizdə münbit şərait yaradılıb.

Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasındakı mövcud siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR