Əsədov Oqtay Sabir oğlu — Azərbaycan Respublikası Milli Məclisinin sədri
Əsədov Oqtay Sabir oğlu — Azərbaycan Respublikası Milli Məclisinin sədri.
Həyatı
Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir. 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Rus və ingilis dillərini bilir. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. 2014-cü ildə Prezidenti İlham Əliyev Oqtay Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Evlidir, 2 övladı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət