Slimfit
  1. İQTİSADİYYAT

"OPEC+" ölkələri gələn ildən neft hasilatını artıra bilər

"OPEC+" ölkələri gələn ildən neft hasilatını artıra bilər
Sakura

"OPEC+" ölkələri gələn ildən neft hasilatını artıra bilər

"OPEC+" COVID-19-un ikinci dalğasının başlamasına baxmayaraq, razılaşma şərtləri daxilində hasilatı gələn ildən tədricən artıra biləcəyini gözləyir.

Ens.az "APA-Economics"in məlumatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak "Enerji siyasəti" jurnalındakı müəllif köşəsi yazısında bildirib.

"Hazırda bir sıra ölkədə epidemiyanın ikinci dalğasının başlamasına baxmayaraq, həmkarlarımla birlikdə vəziyyətə nikbin baxmağa davam edirik və sövdələşmənin şərtlərinə görə, bazara zərər vermədən istehsalımızı tədricən artıra biləcəyimizi gözləyirik", - deyə nazir qeyd edib.

Qeyd edək ki, "OPEC+" razılaşmasının icrasına bu ilin may ayında 3 ay müddətində gündəlik neft hasilatının 9,7 mln. barel azalması ilə başlanılıb. Avqust ayından ittifaq hasilatı azaltmağı davam etdirdi, lakin daha az həcmlərlə – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə – 2022-ci ilin aprel ayının sonuna qədər – 5,8 mln. barel.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR