Slimfit
  1. İQTİSADİYYAT

OPEC+ nazirləri 2025-ci ilin əvvəli üçün neft hasilatı planını müzakirə edəcəklər

OPEC+ nazirləri 2025-ci ilin əvvəli üçün neft hasilatı planını müzakirə edəcəklər
Sakura

OPEC+ nazirləri 2025-ci ilin əvvəli üçün neft hasilatı planını müzakirə edəcəklər

Bu gün OPEC+ nazirləri ən azı 2025-ci ilin əvvəlinə qədər neft hasilatı planlarını müzakirə etmək videokonfrans vasitəsilə görüşəcəklər.

Ens.az Report.az-a istinadən xəbər verir ki, OPEC+ nazirlərinin iclasları artıq altı aydan bir keçirilir.

Dekabr iclası əvvəlcə dekabrın 1-nə təyin edilmişdi. Lakin daha sonra bəzi Yaxın Şərq nazirlərinin Küveytdə Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirakı ilə əlaqədar dekabrın 5-nə təxirə salınıb.

OPEC+ ölkələri ənənəvi olaraq neft bazarındakı mövcud vəziyyəti müzakirə etməli, həmçinin gələn il üçün hasilat planları barədə qərar qəbul etməli olacaqlar.

Qurumun gündəmindəki xüsusi məsələ ilin əvvəlindən səkkiz OPEC+ ölkəsinin əməl etdiyi gündəlik 2,2 milyon barel (b/d) könüllü ixtisarın taleyidir. Bu tədbiri həyata keçirən ölkələrə Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, BƏƏ və Oman daxildir.

“Reuters” agentliyi OPEC+ nümayəndə heyətlərindəki mənbələrə istinadən xəbər verib ki, alyans 2025-ci ilin bütöv birinci rübü üçün könüllü azalmaların müddətinin uzadılmasını nəzərdən keçirə bilər. OPEC+ nazirlərinin monitorinq komitəsinin iclasının Bakı vaxtı ilə saat 15:00-da, OPEC+ nazirlərinin ümumi iclasının isə saat 15:30-da başlaması planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR