Dərc edildi: Baxış sayı: 623
Onun üçün 3 milyon dollar vəd edildi - Qisas açıqlaması
İranın millət vəkili Əhməd Hamzeh ABŞ prezidenti Donald Trampı öldürənə 3 milyon dollar mükafat vəd edib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, deputat parlamentdəki çıxışı zamanı belə deyib. O bildirib:
“Kirman vilayəti adına Trampı öldürənə 3 milyon dollar nəğd pul verəcəyik”.
Deputat bu qərarın dini liderlər tərəfindən qəbul olunub-olunmadığına dair açıqlama verməyib.
Qeyd edək ki, ABŞ ordusu tərəfindən Bağdadda öldürülən iranlı general Qasım Süleymani Kirman şəhərində anadan olub.
Anar Türkeş
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət