Slimfit
  1. CƏMİYYƏT

Ontario rəsmiləri Müstəqillik Günü ilə əlaqədar Azərbaycan icmasını təbrik ediblər

Ontario rəsmiləri Müstəqillik Günü ilə əlaqədar Azərbaycan icmasını təbrik ediblər
Sakura

Ontario rəsmiləri Müstəqillik Günü ilə əlaqədar Azərbaycan icmasını təbrik ediblər

Kanadanın Ontario əyalətinin rəsmi şəxsləri və siyasi partiya rəhbərləri 28 May – Müstəqillik Günü ilə bağlı Azərbaycan icmasını təbrik ediblər.

525.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Ontario Qanunvericilik Assambleyasının spikeri Ted Arnot, Assambleyanın deputatı Marit Stayls, Quelf əyalətinin deputatı Mayk Şrayner və Cənubi Ottava əyalət parlamentinin üzvü Con Freyzer, Ontario Liberal Partiyasının lideri Bonni Krombi Azərbaycanın Müstəqillik Günü münasibətilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə təbrik məktubları ünvanlayıblar.

Məktubda Ontario əyalətinin rəsmiləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar olaraq Ontario Qanunvericilik Assambleyasının qarşısında Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması münasibətilə icmamızı təbrik ediblər. Bu əlamətdar hadisənin bütün dünya xalqlarını birləşdirən ümumi azadlıq, müstəqillik və birlik dəyərlərinin sübutu olduğunu bildiriblər.

Qeyd edək ki, mayın 28-də Azərbaycanın Müstəqillik Günü münasibətilə Ontario əyalətinin Qanunvericilik Assambleyasının qarşısında Azərbaycan Bayrağı ucaldılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR