Slimfit
  1. CƏMİYYƏT

"Onların başını gündə 10 dəfə tumarlamaq lazımdır" - Razi Nurullayev

"Onların başını gündə 10 dəfə tumarlamaq lazımdır" - Razi Nurullayev
Sakura

"Onların başını gündə 10 dəfə tumarlamaq lazımdır" - Razi Nurullayev

“Ölkə başçısının gördüyü böyük işlər fonunda görülən işlərə, aparılan siyasətə ləkə salanlar var. Tutduğu vəzifəyə özünün ata-baba obyekti kimi yanaşanlar var”.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə 2022-ci il dövlər büdcəsinin icrası haqqında məsələnin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, xüsusən ölkəyə sərmayə qoymaq istəyənlərin başını tumarlamaq əvəzinə, onların başına qapaz vuranlar var.

“Məmurun, vəzifəli şəxsin bir nömrəli vəzifəsi iş adamına şərait yaratmaqdır ki, o da yaradılmır. Bəzən məni qanayırlar ki, niyə ölkədə azad biznes mühiti yoxdur deyirsən”, - o qeyd edib.

Deputat əlavə edib ki, kağız üzərində hər şey yaxşıdır, amma bir iş adamı məmura gəlib çatanda onun "cəhənnəm əzabları" başlayır: “Heç sovet dönəmində bu qədər get-gələ salmırdılar.

Biznes mühitində dəyər yaratmağa çalışdıq. Deyim ki, artıq bəzi şəxslər o dəyərlərdən uzaq düşüblər. Bəzi insanlar, hətta qurumlar və onların başında, yanında dayananlar inkişafa yox, geriyə dartırlar”.

O eyni zamanda deyib ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi sərəncamları birbaşa icra edənlər düzgün icra etsəydi, ölkə gül-çiçək olardı.

Deputat onu da bildirib ki, əgər bir şəxs ölkəyə ya xaricdən, ya da sandığından çıxarıb 1000 azn belə yatırım etmək istəyirsə, ona əlavə də 1000 azn vermək lazımdır ki, işini böyütsün: “Kim bir milyon qoymaq istəyirsə, onun yaxasından medal da asmaq lazımdır. Kim 5-10 milyon yatırım qoymaq istəyirsə, onları isə dövlət himayəsinə alıb, gündə 10 dəfə başını tumarlamaq lazımdır. Çünki iş yerini iş adamı yaradır. Elə ölkələr var ki, sərmayə qoymaq istəyənə xərclərini ödəmək üçün kart verilir, pulsuz sürücü və maşınla təmin edilir, onların maraqlandıqları sahələr üzrə qarşılarına hazır paket sənədlər qoyurlar. Heç bəlkə də o şəxs o kartdan istifadə etməyi özünə sığışdırmayacaq, avtomobildən də imtina edəcək, amma o beş manat yatırım etmək istəyirdisə, 10 manat edəcək. Dəyər yaratmaq budur”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR