Dərc edildi: Baxış sayı: 914
Onlar Tanrıya qaya çuxurunda sitayiş edirlər
Efiopiyanın şimalında, Lalibela şəhərinin yaxınlığındakı qayada ovulmuş çuxurda yerləşən Müqəddəs Georgi Kilsəsinin keşişləridir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Müqəddəs Georgi Kilsəsi və ya amhar dilində "Bete Giyorqis" adlanan kilsə qırmızı vulkanik tuf qayasında ovulmuş 12 metr dərinliyi olan çuxurdadır. Qaya ilə vahid daş monolit təşkil edən kilsəyə yalnız dəlinmiş tunellə girmək olur.
Xaç formasındakı kilsənin hündürlüyü 12 metrdir.
İspaniyanın Mayorka adasından olan 44 yaşlı Roberto Massi Lalibelada iki həftə qalaraq keşişlərin fotoportretlərini çəkib.
Lalibeladakı qayalıqlarda 11 kilsə var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət