Slimfit
  1. DÜNYA

Onlar Navalnının ölümünə görə ABŞ-nin sanksiyalar siyahısına salındı

Onlar Navalnının ölümünə görə ABŞ-nin sanksiyalar siyahısına salındı
Sakura

Onlar Navalnının ölümünə görə ABŞ-nin sanksiyalar siyahısına salındı

Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi “Aleksey Navalnının ölümü ilə əlaqədar” Rusiya penitensiar sisteminin üç əməkdaşına da təsir edir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar siyahılarını növbəti dəfə genişləndirməsi ilə bağlı dərc etdiyi arayışda deyilir.

Qeyd edilib ki, Navalnının çox vaxt həbsdə olduğu 2 saylı islah koloniyasının rəisi Aleksandr Muxanova qarşı məhdudiyyətlər tətbiq edilib. Bundan başqa, Navalnının öldüyü islah koloniyasının tədris şöbəsinin və tibb bölməsinin rəhbərləri Yuri Konoveyev və Aleksey Lisyuk barəsində də məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. “Bu üç şəxs əvvəllər Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalmışdı”, - Amerikanın xarici siyasət departamenti qeyd edir.

Xatırladaq ki, fevralın 16-da Navalnının koloniyada öldüyünü elan edilib. İdarənin məlumatına görə, məhbus gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal ona kömək etməyə başlayıb və yarım saatdan çox onu reanimasiya etməyə çalışıblar. Buna baxmayaraq Navalnı vəfat edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR