Slimfit
  1. CƏMİYYƏT

“Onlar məzuniyyətə buraxılsa da, əmək haqları ödənir”

“Onlar məzuniyyətə buraxılsa da, əmək haqları ödənir”
Sakura

“Onlar məzuniyyətə buraxılsa da, əmək haqları ödənir”

“Məzuniyyətə göndərilənlərin maaşları növbəti aylarda da ödəniləcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev xüsusi karantin dövründə dövlətin həyata keçirdiyi və gələcəkdə nəzərdə tutulan tədbirlər haqda danışıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Babayev Aztv-də çıxışı zamanı bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün aparılan işləri karantin dövründə davam etdiriləcək:

“Cənab Prezidentin vurğuladığı kimi Azərbaycan hökuməti, Azərbaycan dövləti bu gün çox düşünülmüş, soyuqqanlı addımlar atır. Dövlət öz insanını, öz vətəndaşını qorumaq üçün bütün addımları atır. Soyuqqanlı şəkildə pandemiya ilə mübarizə aparır. Biz bu gün artıq virusa yoluxma ilə bağlı müsbət dinamikanı görürük. Bəzi günlərdə yoluxma sayı sağalma sayından aşağı olur, ümumi xəstələrin sayı tədricən aşağı düşür. Bu dövrdə Azərbaycan iqtisadiyyatının, əhalisinin müdafiə olunması üçün çevik addımlar atıldı. Qısa müddət ərzində tədbirlər planı hazırlandı. Vətəndaşların məşğulluğuna pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər görüldü.

Tədbirlər planında nəzərdə tutulan bu paketin həcmi 2,5 milyon insanımızı əhatə edir. Məşğulluq və sosial rifah tədbirləri üçün hazırlanmış paketin həcmi 600 milyon manata çatır. Dövlət sektorunda 910 min insanın məşğulluğu tam şəkildə təmin edilib. Baxmayaraq ki, onların böyük əksəriyyəti bu gün işləmirlər. Həyati vacib qurumlardan və orqanlardan başqa qurumlar çox məhdud sayda işçi ilə işləyirlər. Onların əməkdaşları məzuniyyətə buraxılıb, lakin həmin şəxslərin əmək haqqları ödənir. Onların işə çağırılıb-çağırılmamalarından asılı olmayaraq əmək haqqları növbəti aylarda da ödəniləcək”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR