Slimfit
  1. CƏMİYYƏT

Onlar həbsxanada da problemlər yaradır - Fazil Mustafa

Onlar həbsxanada da problemlər yaradır - Fazil Mustafa
Sakura

Onlar həbsxanada da problemlər yaradır - Fazil Mustafa

İşsizlərin işdən çıxarılması 233,5 milyon manat deməkdir, amma bunların hamısı mənasızdır.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa 2022-ci il büdcə icrası haqqında məsələnin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dövlət xətti ilə iş yerlərinin açılması problemi həll etmir: “Biz gördük ki, suvarmadan kənd təsərrüfatı sahələrinə qədər dövlətin vəsait qoyduğu hər şirkət bağlanmaqdadır. Sahibkarlıq, özəl sektor inkişaf etdirilməlidir. Büdcədə yerli özünüidarəetmənin payı yoxdur”.

Deputat təhsil sahəsində də problemlərə toxunub: “1000 yerlik məktəbdə 1500-2000 nəfər şagird təhsil alır. Layihə qəbul olunsa da, məktəblərdə bunun icrası ləngidilir. Digər tərəfdən, narkomaniyaya qarşı mübarizə üçün ayrı proqram hazırlanmalı, yüksək səviyyədə vəsait ayrılmalıdır. Bu sahədə ölkədə faciəvi vəziyyət yaranıb. Həbsxanada olan məhkumların böyük əksəriyyəti narkotik cinayətləri üzrə tutulanlardır. Onlar həbsxanada da problemlər yaradır”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR