Dərc edildi: Baxış sayı: 728
Onlar erməni məsələsi ilə bağlı qərar verməlidir - Türkiyə
Tarixçilər erməni məsələsində qərar verməlidir.
Axar.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çelik bildirib.
"Müttəfiqlər arasında danışıq dili sanksiya dili olmamalıdır. Daha çox diplomatik inkişafa diqqət yetirilməlidir. Əks təqdirdə bu vəziyyət münasibətlərə zərər verəcəkdir", - Çelik söyləyib.
Qeyd edək ki, “erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.
Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət