OnePlus 7 dünyada ən sürətli 256QB yaddaş əldə edəcək
Ens.az xəbər verir ki, o, problemli Galaxy Fold modelinin birinciliyini ələ keçirəcək.
OnePlus 7 Pro smartfonunun hazırlanması ilə bağlı olan mənbə bildirib ki, cihaz fayl mübadiləsini iki dəfə artırmağa imkan verən UFS 3.0 fleş yaddaş əldə edəcək.
Bu barədə mənbəyə istinadən XDA-Developers resursunda yazılblar. Qeyd etmək lazımdır ki, bu OnePlus 7 Pro-da UFS 3.0 sürətli yaddaşın istifadəsi haqqındakı ilk xatırlatma deyil. Təxminən iki həftə əvvəl eyni şeyi tvitterdə Max J yazmışdı.
Əvvəllər güman edilirdi ki, UFS 3.0 ilə ilk smartfon Galaxy Fold olacaq, amma onun satışı ekranla bağlı problemlər səbəbindən təxirə salınıb. Beləliklə, OnePlus 7 Pro tarixə ilk belə model kimi düşə bilmək şansına malikdir.
Ötən il nəşr olunan spesifikasiyalara əsasən, UFS-in ilk şin xətti üzrə məlumat ötürülməsi sürəti 2,4Qb/s təşkil edir. Bu, UFS 2.0-da olandan iki dəfə çoxdur.
Xatırladaq ki, OnePlus 7 Pro Snapdragon 855 prosessoru ilə işləyəcək və 256QB daxili fleş yaddaş əldə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət