Slimfit
  1. CƏMİYYƏT

Ona çay verməyən arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan şəxsə AĞIR CƏZA

Ona çay verməyən arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan şəxsə AĞIR CƏZA
Sakura

Ona çay verməyən arvadını uşaqlarının gözü qarşısında bıçaqlayan şəxsə AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə təqsirləndirilən Mahal Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqında ifadəsi məlum olub.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki,  hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 27 avqust 2021-ci ildə Lənkəran rayonu, Liman şəhəri ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1985-ci il təvəllüdlü Mahal Səfərov işdən yaşadığı evə qayıdarkən daim aralarında ona və övladlarına qayğı ilə yanaşmaması, ona qulluq etməməsi və saymazyana davranması ilə bağlı mübahisələri olan arvadı Səbinə Səfərovanın (şərti) həyətdə asılqandan paltar asdığını görüb. O, yorğun olduğuna görə ona çay verməsini bildirməsinə cavab olaraq, arvadının kişinin sözlərinə əhəmiyyət verməyib işinə davam etməsinə qəzəblənib. Bu zaman Mahal arvadının ona laqeyd münasibət göstərməsini özünə təhqir və onu alçaltması kimi qəbul edib. O, qadının etdiyi həmin hərəkətlərə görə ailə-məişət münaqişəsi zəminində qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə Mahal həmin gün saat 19 radələrində yaşadığı evin həyətində saxladığı ona məxsus traktorun açar qabından mətbəx bıçağını götürüb əynindəki şalvarın belliyinə keçirərək Səbinəyə yaxınlaşıb, ona yemək verməsini tapşırıb. Daha sonra qadın mətbəxə keçib, qaz sobasında yemək qızdırmaqla məşğul olub. Bu zaman o, əlindəki bıçaqla arvadının sol qarın nahiyələrinə hərəsinə bir dəfə qəsdən zərbə vurub. Daha sonra zərərçəkmiş şəxs qışqırıb. Mahal həyətdən mətbəxə gəlmiş yaxınları – qayınanası, azyaşlı uşaqlarının gözləri qarşısında hərəkətlərinə davam edib. Bu vaxt onun anası və övladları qışqırıq salaraq hadisənin gedişinə müdaxilə edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Məhkəmə istintaqında Mahal Səfərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2008-ci ildə evlənib. Hazırda onların 3 azyaşlı uşağı var. Mahal deyib ki, evləndikdən sonra Səbinə ilə əvvəllər münasibətləri yaxşı olsa da, lakin sonralar arvadı onun və uşaqlarının qayğısına qalmayıb. Ər kimi ona hörmət etməyib, onlara qarşı soyuq münasibət göstərdiyindən aralarında tez-tez mübahisələr olub. Səbinə ilə aralarında olan mübahisədən sonra qadın Liman şəhərində yaşayan anasının evinə gedib. Bununla da ailə münasibətləri pozulub. Avqustun 27-də axşam saat 19 radələrində işdən evə qayıdarkən Səbinənin həyətdə paltar asdığını görüb işini qurtarıb ona çay verməsini istəyib. Lakin arvadı ona əhəmiyyət verməyib. Arvadının ona qarşı olan laqeydliyinə son qoymaq üçün onu cəzalandırma qərarına gəlib. Bu vaxt həyətdə saxladığı traktorun açar qabından mətbəx bıçağını götürüb şalvarının bellik hissəsinə qoyub, Səbinənin mətbəxə girdiyini görüb. Daha sonra onun ardınca mətbəxə girib. Arvadının mətbəxdə ona yemək hazırlamasına baxmayaraq, üzərində olan bıçağı çıxarıb Səbinənin qarın nahiyəsinin sağ və sol tərəfindən, həmçinin sol döş qəfəsi nahiyəsinə bıçaqla zərbələr vurub. Arvadının qışqırıq səslərinə həyətdən anası və qızları gələrək onu itələyərək mətbəxdən çıxardıblar. O, hazırda əməlindən peşmançılıq keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində qoca anasının və heç bir yerdə işləməyən arvadının, eləcə də 3 azyaşlı uşaqlarının olmasını, ilk məhkumluğunu, həmçinin Səbinənin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR