Slimfit
  1. CƏMİYYƏT

"Ona böyük pisliklər edən bir insanın qarşısında bu dərəcədə əyilərək..." - Abel Məhərrəmovla bağlı sərt sözlər

"Ona böyük pisliklər edən bir insanın qarşısında bu dərəcədə əyilərək..." - Abel Məhərrəmovla bağlı sərt sözlər
Sakura

"Ona böyük pisliklər edən bir insanın qarşısında bu dərəcədə əyilərək..." - Abel Məhərrəmovla bağlı sərt sözlər

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmovu sərt tənqid edib. 

AVP sədrinin tənqidləri keçmiş rektorun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi və onun şəninə sağlıq deməsi ilə bağlı olub. 

“Ona böyük pisliklər edən bir insanın qarşısında bu dərəcədə əyilərək ən müxtəlif epitetlərlə onun şərəfinə sağlıq deyir. Həm də xalqın adından. Azərbaycan dövlətinin qazanmış olduğu bütün uğurları Ramiz Mehdiyevin ayağına yazır. Bəs onda Ulu Öndərimiz, bəs dövlətimizi bu günkü yüksək inkişaf səviyyəsinə çatdıran Prezidentimiz?! 

Abel Məhərrəmov əslində ziyalı simasını, müəllimlik simasını, xarakterini keyfiyyətlərini, ləyaqətini özündə daşımalı idi. Amma o və onun kimilər hələ də Ramiz Mehdiyevin qapazı altındadır. Qapaz altında yaşayanlar heç zaman cəmiyyətdə hörmət və nüfuz qazana bilməz”, - deyə Fəzail Ağamalı vurğulayıb.

Deputat həmkarı həmin toyda iştirak edən həmkarı Siyavuş Novruzova da irad bildirməyi unutmayıb. “Təəssüf edirəm ki, həmkarım Siyavuş Novruzov da o mərasimdə iştirak edib. O dəvət olunsa da, ora getməməli idi. Çünki pandemiya dövründə Milli Məclisdə dəfələrlə insanları nizam-intizama dəvət edib. Karantin rejiminin pozulmasına görə cəzaların sərtləşdirilməsini önə çəkib. Amma indi özü karantin qaydalarını pozur”.

Fəzail Ağamalı əlavə edib ki, baş verənlərə görə Ramiz Mehdiyev də cəzalandırılmalıdır: “Ramiz Mehdiyev öz cəzasına çatmalıdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyindən uzaqlaşdırılmalıdır. Alimlərimiz bu barədə öz fikirlərini deməli, ziyalılarımız iradəsini ortaya qoymalıdır. Dövlətimiz onu bütün təltiflərdən məhrum etməlidir”.

Mənbə: Pravda.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR