Slimfit
  1. MARAQLI

On heyrətamiz bilgi

On heyrətamiz bilgi
Sakura

On heyrətamiz bilgi

Bu “qalereya”da izləyəcəyiniz gerçəklərdən yəqin ki, xəbəriniz yoxdur. Onlar haqqında məlumat aldıqdan sonra bizi əhatə edən qəribəliklərin bir daha şahidi oluruq. Dünya və kainat bilinməz qəribəliklərlə doludur. Bizdən yalnız seyr etmək və qismən də olsa bilgi toplamaqdır.

Publika.az heyrətə gətirəcək bilgiləri sizinlə paylaşır:

Əgər Yupiter planeti Yer planetinə ay qədər yaxın olsaydı, onda biz səmaya baxanda belə görünəcəkdi.

Qum dənələri isə iri ölçülü mikroskop altında belə görünür.

Soğan doğrayarkən saqqız çeynəyəndə gözlər yaşarmır.

Mavi balinanın ürəyi o qədər böyükdür ki, insan onun aorta damarında girib uzana bilər.

Kişilər günəşli günlərdə daha qəzəbli və şiddətə meyilli olurlar.

Əvvəllər insanların qızdırmasını düşürmək üçün “Abrakadabra” sehirli sözündən istifadə edirmişlər.

İnsanlıq tarixindən bu günə qədər 111 milyard adamın öldüyü təxmin edilir.

Su samurları axıntı onları aparmasın deyə yatanda əl-ələ tuturlar.

Pinqvinlər də bəyəndiyi dişiyə “nişan üzüyü” verirlər. Xoşuna gələn dişi ona “hə” cavabı versin deyə bütün sahili ələk-vələk edib ən gözəl daşı tapır və onu dişiyə verirlər.

Yaponiyada bir qatar stansiyası yalnız bir qızın məktəbə getməsi üçün işləyir. Ucqar ərazidə yaşayan uşağın məktəbə gəlməsi üçün hökumət buna icazə verib. Qatarın iki stansiyası var: qızın evi və məktəb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR