Slimfit
  1. DÜNYA

Ömrü uzatmağın yolu tapılıb

Ömrü uzatmağın yolu tapılıb
Sakura

Ömrü uzatmağın yolu tapılıb

ABŞ alimləri daha uzun yaşamağın yeni yolunu müəyyən ediblər.

“EurekAlert”in xəbərinə görə, qan təzyiqinə nəzarətin ömrünü üç il uzatmaq mümkün olacaq.

Belə ki, şəkərli diabetin inkişaf riski yüksək olan 50 yaşdan yuxarı doqquz min insan üzərində təcrübə aparılıb. Həmin şəxslərdə yüksək qan təzyiqi 130 və 180 millimetr civə sütunu arasında olub.

Onlar iki qrupa bölünüb, bir qismində həkimlər təzyiqi 120 mm-ə, digərlərində isə 140 mm-ə qədər endirməyə çalışıblar. İştirakçılar hədəfə çatmaq üçün üç il ərzində nəzarət olunmaqla, pulsuz antihipertensiv terapiyadan keçiblər.

Mütəxəssislər hesablayıblar ki, insanlar ömrü boyu antihipertensiv terapiyaya davam etsələr, təzyiqi 120 mm civə sütununa endirə bilərlər. Bu da onların ömürlərini altı aydan üç ilədək uzada bilər. Burada yaş faktoru da rol oynayır. Müalicəyə tez başlayan iştirakçılar bir o qədər çox yaşayıblar.

Müəlliflər qeyd edirlər ki, analiz böyrəklərin zədələnməsi və aşağı təzyiq daxil olmaqla potensial riskləri nəzərə almır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR