Slimfit
  1. ELM

Ömrü uzatmağın yolu tapıldı

Ömrü uzatmağın yolu tapıldı
Sakura

Ömrü uzatmağın yolu tapıldı

Lozanna (İsveçrə) Federal Politexnik Məktəbinin alimləri qocalma prosesində mühüm rol oynayan molekulları aşkarlayıb. Bu birləşmənin aktivliyinin aşağı salınması ömrü uzatmağa yol aça  bilər.

Oxu.Az xəbər verir ki, elmi tədqiqat haqqında press-reliz “EurekAlert!” nəşrində dərc olunub.

Alimlər qocalma və RNT-lə bağlı zülallar arasında əlaqəni öyrənməyə çalışıb.

Sonuncular matrisa RNT-si olan molekullarla birləşir və hüceyrə zülallarının aminturşu ardıcıllığı ilə bağlı informasiyanı nüvədən ribosimlərə daşıyır. RNT-yə bağlı zülallar RNT-nin translyasiya prosesində iştirakına maneçilik törədə və ya əksinə, müxtəlif zülalların ərsəyə gəlməsini sürətləndirə bilər.

Bioloqlar RNT ilə bağlı zülalların yaş ötdükcə aktivliyini necə saxlamasını müəyyən etmək üçün köhnə hüceyrələrin müayinəsini aparıb. Məlum olub ki, qoca sınaq siçanlarında “Pumilio 2” (PUM2) zülalı öz aktivliyini artırıb. Bu zülal translyasiya prosesini “boğur”.

Alimlər müəyyən edə bilib ki, bu üsulla mitoxondr parçalanmanın (MFF) faktoru hesab olunan zülanın sintezi baş verir. Mitofaqiya, yəni qüsurlu mitoxondriyaların məhv olması və onların yeniləri ilə əvəzlənməsi prosesi üçün onların yüksək səviyyədə olması vacibdir.

Tədqiqatçılar gəmiricilərin ayaq əzələlərinin hüceyrələrində PUM2 zülalını kodlaşdıran geni  bloklamaq üçün CRİSPR-Cas9 texnologiyasından istifadə ediblər. Nəticədə, qoca siçanlarda mitoxondriyaların funksiyaları əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu mexanizm təbiətdə nematodlarda mövcud olur və hüceyrələrdə PUM2 miqdarının azalması hesabına soxulcanların ömrünü uzadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR