Slimfit
  1. SİYASƏT

Ombudsmanın regional mərkəzləri yeni nəqliyyat vasitəsi ilə təmin edilib

Ombudsmanın regional mərkəzləri yeni nəqliyyat vasitəsi ilə təmin edilib
Sakura

Ombudsmanın regional mərkəzləri yeni nəqliyyat vasitəsi ilə təmin edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə (12 rayon), Cəlilabad (9 rayon), Şəki (8 rayon) və Qubada (6 rayon) yerləşən Regional Mərkəzləri ətraf rayonlardakı ucqar kəndləri də əhatə etməklə uğurla fəaliyyət göstərir.

Ens.az xəbər verirki,Ombudsman Aparatından Trend-ə bildirilib ki, mərkəzlər öz fəaliyyətini əsas etibarilə, əhalinin Müvəkkilə ünvanlanan müraciətlərinin təqdim edilməsi üçün nəqliyyat və poçt xidmətlərinin ödənilmə zərurətini aradan qaldırmaqla asanlaşdırılması, şikayətlərin yerində araşdırılması, mütəmadi olaraq yerlərdə hüquqi maarifləndirmə işinin aparılması istiqamətində həyata keçirir.

Bölgələrdə vətəndaşların Ombudsmana çatımlılıq imkanlarının artırılması, ucqar yerlərə səfərlərin daha sıx təşkili, müraciətlərin yerində və effektiv araşdırılması, azadlıqdan məhrumetmə yerlərində, habelə şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə monitorinqlərin aparılması, hüquqi maarifləndirmə tədbirlərinin daha da intensivləşdirilməsi və ümumilikdə Müvəkkilin yerlərdə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Ombudsmanın tapşırığı əsasında bu gün Regional Mərkəzlərin hər biri yeni nəqliyyat vasitəsi ilə təmin edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR