Slimfit
  1. SİYASƏT

Ombudsman: Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmini məsələsi dövlətimizin yurisdiksiyasındadır

Ombudsman: Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmini məsələsi dövlətimizin yurisdiksiyasındadır
Sakura

Ombudsman: Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmini məsələsi dövlətimizin yurisdiksiyasındadır

Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir.

 

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajlar bir daha göstərir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı çoxdankı nifrət siyasətini davam etdirir:

 "Əvvəlki açıqlamalarımızda da qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Ermənistan Ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir. Bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələrin qərəzli şəkildə şişirdilməsi və insanlar arasında nifaq salması regionda davamlı sülh prosesinə mane olur və eyni zamanda mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR