Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimlərdir?

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimlərdir?
Sakura

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimlərdir?

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncamda bir neçə hərbçi ölümündən sonra təltif edilib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, mayor Baxışlı Baxış Elşən oğlu "Vətən uğrunda" medalı, əsgər Nağıyev Əli Elşən oğlu isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunublar.

Ölümündən sonra ordenlə təltif edilən gizir Rüfət Əliyev Vətən müharibəsi şəhididir. O, zəfərə iki gün qalmış, noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev isə bu il iyunun 9-da ildırım vurması nəticəsində həlak olublar. Onlar "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı bədbəxt hadisə ilə üzləşiblər.

Fotoda gizir Rüfət Əliyev

Fotoda mayor Baxış Baxışlı

Fotoda əsgər Əli Nağıyev

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR