Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ölümə səbəb ola biləcək qidalar: kofe, badam, bal, balıq...

Ölümə səbəb ola biləcək qidalar: kofe, badam, bal, balıq...
Sakura

Ölümə səbəb ola biləcək qidalar: kofe, badam, bal, balıq...

Gündəlik rasionunuzda bol-bol istifadə etdiyiniz bal, kofe, su kimi qidaların zərərli ola biləcəyini heç düşündünüzmü?

Publika.az həddindən artıq miqdarda istifadə edildiyində orqanizmə zərər verəcək qidaları təqdim edir.

Su

Mütəxəssislər tərəfindən bir insanın gündə, orta hesabla, 2 litr su içməsi məsləhət görülür. Lakin bir gün ərzində bu miqdarın 3 qatı qədər su içsəniz, böyrəkləriniz mayenin öhdəsindən gələ bilməyəcəyi üçün su zəhərlənməsi yaşaya bilərsiniz.

Kofe

Bir çox insan üçün günə başlamağın açarı olan və gün ərzində də tez-tez müraciət edilən kofe dozasından artıq qəbul edildikdə ciddi problemlərə yol aça bilər. Buna görə də mütəxəssislər gündə 400 milliqramdan artıq kofein qəbul etməməyi tövsiyə edir. Kofein qəbulu artıq olarsa, ürəkdə döyüntü, qızdırma və hətta ölümlə nəticələnəcək miokard infarktı da yaşana bilər.

Şokolad

Dadı və qoxusu ilə bir çox insanın vaz keçə bilmədiyi özəllikdə olan şokolad həddindən artıq yeyildikdə ölümə səbəb ola bilər. Şokoladın tərkibində az miqdarda teobromin var. Lakin bu, çox güclü maddədir. Sinir sisteminə xəbərdarlıq göndərir. Əgər tək səfərdə 8 kq şokolad yesəniz, ishal olub epilepsiya tutmaları keçirə bilərsiniz. Daha sonra daxili qanama və miokard infarktı da yaşana bilər.

Darçın

Qoxusu ilə hər kəsi sehrinə alan darçın artıq miqdarda qəbul edildiyində məsumluğunu itirə bilir. 35 qaşıq darçın benzaldehid zəhərlənməsinə səbəb ola bilər.

Ton balığı

Balığın zehinə və orqanizmə faydaları saymaqla bitməz. Amma civə ilə zəngin ton balığından tez-tez istifadə etmək beynin funksiyalarına mənfi təsir göstərə bilər.

Hind qozu

Yeməklərdə az miqdarda istifadəsi tövsiyə edilən hind qozu kəskin miqdarda qəbul ediləndə müxtəlif effektlər verə bilər. Məsələn, 8 qr hind qozu bir sıra narkotik maddələrin yarada biləcəyi halisunasiyalara səbəb ola bilər. Bu da özünüzə və ətrafınızdakılara ölümcül zərər verməyinizə şərait yaradar.

Bal

Bal necə zəhər effekti yarada bilər deyə düşünə bilərsiniz. Lakin bəhs etdiyimiz bal digərlərindən fərqlidir. Burada söhbət çiy baldan gedir. Pasterizə olunmamaış çiy balın 1 qaşığı belə qrania toksinləri səbəbilə halsızlıq və qızdırma kimi problemlərə yol aça bilər.

Alma çəyirdəyi

Bir fincan alma çəyirdəyi yemək siyanid zəhərlənməsinə səbəb ola bilər. Buna görə də almanı çəyirdəyi ilə yemək məsləhət görülmür.

Badam

Təbiətin ən faydalı çərəzlərindən olan badamdan 25 ədəd yemək siyanid zəhərlənməsinə və ölümə səbəb ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR