Slimfit
  1. DÜNYA

Ölümcül virus “AliExpress” bağlamaları ilə ötürülə bilər

Ölümcül virus “AliExpress” bağlamaları ilə ötürülə bilər
Sakura

Ölümcül virus “AliExpress” bağlamaları ilə ötürülə bilər

Çində yayılan koronavirus başqa ölkələrə sərnişinlərin yükləri və hətta bağlamalarla, məsələn “AliExpress”dən gətirilənlərlə gələ bilər.

Rusiya hökuməti artıq bununla bağlı tədbirlərə başlayıb.

Bu barədə “Baza” teleqram-kanalı xəbər yayıb.

Bildirilir ki, poçtla işləyən, sərnişinlərin yükləri və insanlarla təmasda olan gömrük işçilərinə tibbi maskalar və əlcəklər təqdim olunub. İşçilərə Cənub Şərqi Asiyadan olan yüklərlə xüsusi ehtiyatla davranmaq göstərişi verilib.

“Aeroportlarda sərnişinlərin yüklərini yoxlayan gömrük işçiləri ancaq xüsusi geyimdə, tibbi maskada və əlcəkdə işləyirlər, dezinfeksiyaedici maddələrdən istifadə edirlər", - deyə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələri məlumatı təsdiqləyiblər.

Onların sözlərinə görə, beynəlxalq poçt şöbələrində işləyən müfəttişlərə yanvarın 22-dən etibarən bağlamalarla yalnız qoruyucu vasitələrdə təmasda olmaq göstərişi verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR