Dərc edildi: Baxış sayı: 581
“Ölüm yolu”nda inanılmaz şou
Türkiyənin Trabzon və Bayburt əyalətlərinin sərhədində yerləşən və "dünyanın ən təhlükəli yolu" seçilən Soğanlı dağındakı 29 kəskin dolayda ralli çempionu Yağız Avcı və "Team Kamaz Master"in pilotu Dmitri Sotnikov "Meydan oxuma" adlı şou göstəriblər.
Metbuat.az xəbər verir ki, 1916-cı ildə rus əsgərləri tərəfindən salınan və o zaman "ölüm yolu" adlandırılan yoldakı dolayları bir dəfəyə dönmək mümkün deyil.
3 min metr hündürlükdəki Soğanlı dağında yerləşən və 13 kilometr uzunluğundakı yolda idmançıların göstərdiyi şou izləyənlərin böyük marağına səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət