Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ölüm saçan qida marqarin

Ölüm saçan qida marqarin
Sakura

Ölüm saçan qida marqarin

Marqarini XIX əsrdə fransız kimyaçi İppolit Meje-Murye icad edib.

Saglamolun.az bildirir ki, bu icadın əsas məqsədi ən kasıb əhalini ucuz "yağ"la təmin etmək idi. Lakin illər keçdikdən sonra məlum olub ki, marqarinin müntəzəm istehlakı insan sağlamlığına çox ciddi ziyan vurur, təhlükəli xəstəliklərin riskini xeyli artırır.

Marqarin ən ucuz bitki yağlardan (palma və s.) hazırlanır. Hazırlanma zamanı duru yağlar xüsusi üsullarla emal olunur, onların strukturu dəyişilir ki, nəticədə onlar kərə yağına oxşar konsistenisya alır.

Bu kimyavi reaksiyalar nəticəsində ziyanı bütün dünyada təsdiq olunmuş trans-yağlar əmələ gəlir. Mütəxəssislər trans-yağları "kimyəvi silah", "səssiz qatil", "ləng zəhər" adlandırırlar.

Trans-yağların daim qəbulu orqanizmin ürək-damar, sinir, immun, cinsiyyət sistemlərinə, mübadilə proseslərinə çox mənfi təsir edir, şəkərli diabetin inkişafı riskini artırır. Trans-yağlar ən ciddi kanserogenlərdən (xərçəng əmələ gətirən maddələr) biri sayılır. 

Trans-yağlar orqanizmə hüceyrə səviyyəsində mənfi təsir edir, həzm sisteminin fəaliyyətini pozur, qanda xolesterinin səviyyəsini artırır, damarların tutulmasına səbəb olur.

Trans-yağların daim istehlakı həmçinin artıq çəkiyə səbəb olur.

Belə hesab olunur ki, marqarinin daim istehlakı kişilərdə spermanın keyfiyyətinə mənfi təsir edir, potensiyanı azaldır.

Nəzərinizə çatdıraq ki, marqarin "fast-food" qidaların, yarımfabrikatların, dükanlarda satılan müxtəlif peçenye, vafli, tort, pirojna, dondurmaların, ucuz şokoladın və s. məhsulların hazırlanmasında istifadə olunur. Bu məhsulları tez-tez və çoxlu miqdarda yemək olmaz!

Marqarin uşaqlara böyüklərlə müqayisədə daha ziyanlıdır. Bu səbəbdən uşaqlar üçün qidalar, şirniyyatlar və s. hazırladıqda marqarindən istifadə etmək olmaz.

Bəzən istehsalçılar məhsulun marqarin olduğunu müxtəlif üsullarla ört-basdıq etməyə çalışırlar. Qablaşdırmanın  üzərində olan yazılara aldanmayın! Bu "spred", "yumşaq yağ", sadəcə "yağ" ola bilər. Mütləq məhsulun tərkibinə fikir verin. Əgər orada "bitki yağlardan hazırlanıb" kimi yazılar varsa, tərkibində bitki yağları varsa, bu marqarindir. Almayın! Təbii kərə yağı yalnız süd və qaymaqdan hazırlanır, orada bitki yağı ola bilməz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR