Slimfit
  1. İQTİSADİYYAT

Ölkəyə idxal edilən avtomobilin sayı açıqlandı

Ölkəyə idxal edilən avtomobilin sayı açıqlandı
Sakura

Ölkəyə idxal edilən avtomobilin sayı açıqlandı

Cari ilin yanvar-avqust aylarında ölkəyə ümumilikdə 14 034 ədəd avtomobil idxal olunub.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlum olub ki, 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 372 ədəd və ya 2,5 dəfə artıb. 

Ölkəyə gətirilən avtomobillərin 12 525 ədədi (89%-i) adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri olub. 

100 ədədi sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 332 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri,  77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Hesabat dövründə ümumilikdə 553 milyon 722.92 min dollar dəyərində nəqliyyat vəsaitələri və onların hissələrinin idxalı reallaşdırılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR