Dərc edildi: Baxış sayı: 652
Ölkəyə 1 milyon tut tingi gətirilib
Azərbaycanda baramaçılığın inkişafı üçün tədbirlər davam etdirilir.
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
O bildirib ki, bu il baramaçılığın inkişafı ilə bağlı ölkəyə 1 milyon tut tingi gətirilib: "Ümumilikdə bu məqsədlə ölkəyə 3, 5 milyon tut tingi gətirilib. Oktyabrın sonunda baramaçılıq üçün damazlıq stansiyası istifadəyə verilib. Hazırda stansiya fəaliyyətini davam etdirir. Çalışacağıq ki, çatmayan hissəni Çindən gətirək. Stansiya nəzərdə tutulan güclə fəaliyyət göstərəndən sonra ölkəmizi daxili istehsalla təmin edəcəyik".
Nazir müavininin sözlərinə görə, növbəti il üçün xaricdən 20 min qutu barama toxumunun gətirilməsi nəzərdə tutulub ki, bu da hardasa 800 ton yaş barama istehsalı deməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət