Slimfit
  1. CƏMİYYƏT

Ölkənin minimum 20-25 faizi meşə ilə örtülməlidir - Abdiyeva

Ölkənin minimum 20-25 faizi meşə ilə örtülməlidir - Abdiyeva
Sakura

Ölkənin minimum 20-25 faizi meşə ilə örtülməlidir - Abdiyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqla örtülü ərazilərin sahəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Bunu Trend-ə Müşfiqabadda keçirilən ağacəkmə aksiyasında iştirak edən Yeni Azərbaycan Partiyasının üzvü, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdiyeva deyib.

O bildirib ki, müasir ekoloji tələblərə görə ölkə ərazisinin minimum 20-25 faizi meşə ilə örtülməlidir: "Bu rəqəm ölkəmizdə 12 faiz təşkil edir. Bu boşluğu aradan qaldırmağın ən mühüm yollarından biri təbii ki ağacəkmədir. Çünki ağac təbiətdə olan bütün canlıların yaşaması üçün vacib olan oksigen mənbəyidir. Məlumatlara görə, 500 il əvvəl planetimiz 9,09 milyard hektar ərazini əhatə edən meşələrlə örtülü olub. Sonradan bu sərvətin üçdə ikisi, yəni 6 milyard hektardan çox olan ərazilər müxtəlif səbəblərdən məhv edilib. Bu gün meşələr təxminən 3 milyard hektar ərazini əhatə edir və planetin hər bir sakininə təxminən 0,5 hektar düşür".

Y.Abdiyeva qeyd edib ki, mütəxəssislərin fikrincə, meşənin bir hektarı 500 nəfərin nəfəsi ilə yayılan karbon qazını udur.

Onun sözlərinə görə, əgər bir şəhərdə bir sakinə 50 ağac düşərsə, həmin şəhər ekoloji cəhətdən təmiz hesab olunur. Amma böyük şəhərlərin çoxunda belə deyil:

"Gənc ağacların daha çox oksigen verdiyini, yaşlı ağacların isə əksinə oksigeni udduğunu bilmək vacibdir. Bu səbəbdən şəhərlərdə mütəmadi olaraq yeni ağacların əkilməsi lazımdır. Alimlərin fikrincə, 21-ci əsrin əvvəllərinə qədər insanlar əvvəllər mövcud olan meşə sahələrinin təxminən 50 faizini məhv edib və bunu sürətlə davam etdirirlər. Meşə iqlimə və havaya, karbon qazı tarazlığına əhəmiyyətli dərəcədə təsir göstərir və bilavasitə insanlara münasibətdə olduqca böyük sanitar-gigiyenik və müalicəvi əhəmiyyətə malikdir. Yaşıl məkanlar şəhərin havasının təmizlənməsində də böyük rol oynayır. 24 saat içində bir ağac üç nəfərin tənəffüsü üçün lazım olan qədər oksigeni sintez edir. Bir hektar iynəyarpaqlı ağac ildə 40 tona qədər, yarpaqlı ağaclar isə təxminən 100 tona qədər toz tutur".

Kampaniya çərçivəsində ağacların böyük əksəriyyətinin yol kənarlarında əkilməsinin də təsadüfi olmadığını deyən Y.Abdiyeva qeyd edib ki, yaşıllıq zolaqları avtomobil nəqliyyatı ilə ifraz olunan zərərli tullantılarla mübarizə üçün kifayət qədər təsirli vasitədir. Onun effektivliyi olduqca, geniş diapazonda 7% -dən 35%-ə qədər dəyişə bilər.

Y.Abdiyeva əlavə edib ki, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır.

O deyib ki, ağaclar çox olan yerlərdə xəstəlik törədən mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə azalır.

Y.Abdiyeva bütün bunlara görə bütün dünyada, o cümlədən ölkəmizdə də yaşıllıqların salınmasına ciddi fikir verildiyini söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR