Slimfit
  1. İQTİSADİYYAT

Ölkənin 10 rayonunda “Azərkosmos”dan çəkilişlər əsasında yoxlamalar başa çatıb

Ölkənin 10 rayonunda “Azərkosmos”dan çəkilişlər əsasında yoxlamalar başa çatıb
Sakura

Ölkənin 10 rayonunda “Azərkosmos”dan çəkilişlər əsasında yoxlamalar başa çatıb

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların peykdən çəkilmiş fotolar, məsafədən zondlama metodları və digər stasionar vasitələrlə kameral yoxlamaları davam edir.

Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, peyk yoxlamalarının əsasını Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları təşkil edir.

Artıq ölkə üzrə 10 rayonda “Azərkosmos”dan çəkilmiş şəkillər əsasında yoxlamalar başa çatıb. Yoxlamalar hər rayonda təsadüfi yolla seçilmiş 3 kənd üzrə aparılıb. Zərdab, Samux, Ağsu, Siyəzən rayonlarından sonra Ağcabədi (Avşar, Gəlabədin, Hacıbədəlli kəndləri), Balakən (Katex, Şərif, Qazma), Beyləqan (Kəbirli, Dünyamalılar, Təzəkənd), Göygöl (Mollacəlilli, Yeni Zod, Quşqara), Oğuz (Böyük Söyüdlü, Padar, Bucaq) və Sabirabad (Axısxa, Qəzli, Bulduq) rayonlarında torpaq sahəsi və əkin bəyanları barədə məlumatların peyk vasitəsilə kameral yoxlaması başa çatıb. Peyk çəkilişləri ilə 10 rayon üzrə 9 659 fermerin torpaq sənədləri və payızlıq əkinlə bağlı bəyan etdiyi məlumatlar yoxlanılıb. Yoxlamalar zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndəriləcək və həmin ərazilərdə yerində yoxlamalar aparılacaq. Yoxlamalar başa çatdıqdan sonra fermerin EKTİS-ə daxil etdiyi elektron bəyannamələr yekun olaraq təsdiqlənəcək və fermerə ödəniləcək məbləğ müəyyən ediləcək.

Qeyd edək ki, EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır. Bu səbəbdən fermerlərə bəyan etdiyi məlumatlarda səhvlər varsa, düzəliş etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etmək tövsiyə olunur.

Bu günədək 260 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Fermerlər 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq elektron ərziə formasını təsdiq etməli və ya müvafiq düzəlişlərin edilməsi üçün DAİM-ə yaxınlaşmalıdırlar. Etiraz edilməyən ərizələr avtomatlaşdırılmış qaydada monitorinqə yönləndirilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR