Dərc edildi: Baxış sayı: 905
Ölkələrin maraqlı yeni il adətləri
Dünyada bir çox ölkələr "Yeni ili" xüsusi coşqu ilə qeyd edir və bu ölkələrdə müxtəlif adət-ənənələr mövcuddur.
Azvision.az müxtəlif ölkələrə aid olan Yenil il adətlərini təqdim edir:
Braziliya -Yeni ilin ilk günü bütün evlərdə ya mərci şorbası içilir, ya da plov yeyilir. Həmçinin, Yeni il axşamı, içi güllər və şamlarla dolu kiçik qayıqlar İpenama çimərliyində okeana buraxılır. 1992-ci ildən bəri adət halına çevrilmiş digər ayin isə minlərlə hava şarını səmaya buraxmaqdır.
Finlandiya -Yeni il axşamı kiçik bir tavanın içində qurğuşun əridilir. Daha sonra tava buzlu suya salınır. Donub müxtəlif şəkillərə bürünən qalay parçalarına baxılaraq gələcək oxunmağa çalışılır.
Cənubi Koreya -Yeni il gecəsi qapının önünə süpürgə, dırmıq, ələk qoyub, şeytanın və pis ruhların evə girməsinin qarşısını almağa çalışırlar. Ertəsi gün təzə paltarlar geyinərək ailənin yaşlıları ziyarət edilir. Yeni ilin ilk günü isə gözəl bir süfrə açılır. Mütləq bir kasa düyü şorbası içirlər. Bunun sağlam və uzun bir həyat təmin edəcəyinə inanırlar.
İspaniya - Ölkədə yeni ilə qədəm qoyanda hər kəs 12 ədəd üzüm yeyərək arzu tutur. Bu ənənə 1850-ci ildə bir üzüm istehsalçısı tərəfindən başladılıb.
Sibir -Yeni il ağacını Baykal gölünün diblərinə buraxmaq orada yaşayanların inancına görə bol şans gətirir. Ancaq bu ənənəni peşəkar dalğıclar tətbiq edirlər, digərləri isə seyr edir.
Yaponiya -Buddist məbədləri Yeni il gecəsi zınqırovları 108 dəfə çalaraq, Yeni il tanrısı Toshiqamiyə "xoş gəldin" deyirlər. Yapon qadınları o gecə evlərini təmizləyirlər.
Argentina - Gecə saat 12 olmadan lobya yeyilərsə, bunun yeni ildə uğur gətirəcəyinə inanılır. Bu səbəbdən həmin gün bütün evlərdə bu yemək bişirilir. Bəziləri isə gecəyarısı evlərinin qarşısında çamadanla gəzirlər. Bunun növbəti ildə çox səyahətə çıxmalarını təmin edəcəyini söyləyirlər.
Yunanıstan -Yeni il axşamı qapılara bir baş soğan asılır. Bu, yenidən doğulmağın simvolu kimi qəbul edilir. Ana-atalar ertəsi səhər qapıdakı soğanı uşaqlarının başlarına vuraraq onları oyandırırlar. Həmçinin, yeni ilin ilk günü qapının kandarında nar kəsərək bərəkətli bir il diləyirlər.
İrlandiya -Subay qadınlar Yeni il gecəsi yorğanlarının altına xüsusi ot qoyurlar. Bu otun gələcək ildə xeyirli bir ər tapmalarına kömək olacağına inanırlar. Həmçinin, yeni ilin ilk günü evə gələcək ilk qonaq da gələcək üçün əhəmiyyət kəsb edir. Əgər evə ilk gələn uzun boylu, yaraşıqlı bir kişidirsə, yeni ilin şanslı keçəcəyinə inanırlar. Əgər ilk gələn qonaq qırmızı saçlı bir qadındırsa, uğursuzluqlarla dolu yeni il olacaq.
Şotlandiya -Mənşəyi vikinqlərə dayanan adətə görə, saat 12-yə əlində məşəllərlə “atəş rəqsi” edərək girmək uğur gətirir.
Kolumbiya -Hər kəs evinin qarşısındakı kağız və taxtadan hazırlanmış, pis ruhları təmsil edən kuklaları yandırır. Beləliklə, yeni ilə pisliklərdən təmizlənərək girəcəklərinə inanırlar.
İtaliya -1946-cı ildən yaranan ənənəyə görə, Tiber çayına baş vuraraq problemlərinizdən təmizlənirsiz.
Cənubi Afrika -Yeni ildə Yohannesburq küçələrində gəzmək istəyirsinizsə, diqqətli olun! Orada pəncərələrdən aşağı köhnə əşyanı, boşqabı atmaq köhnə bir ənənədir. Beləliklə, köhnələrə vida edilir, yeniler üçün yer açılır.
Rumıniya -İnsanlar ayı maskası geyinərək küçələrdə rəqs edirlər. Məqsəd şeytanı qorxudaraq qaçırmaqdır.
Almaniya -Bayramı müxtəlif peçenyelər yeyərək keçirən almanlar həmin gecə bütün televiziya kanallarında qara-ağ yayımlanan 1920-cı il istehsalı olan ingilis musiqili tamaşası “Dinner For One”ı ("Bir nəfər üçün nahar") izləyirlər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət