Slimfit
  1. MARAQLI

Ölkələri üz-üzə qoyan tərcüməçi xətaları - ilginc faktlar

Ölkələri üz-üzə qoyan tərcüməçi xətaları - ilginc faktlar
Sakura

Ölkələri üz-üzə qoyan tərcüməçi xətaları - ilginc faktlar

Bir tərcüməçinin diqqətsizliyi qanlar axıdıb, müharibələr başladıb...

Bu günlərdə “Guardian” qəzeti Türkiyə ilə Amerika arasındakı gərginliyin səbəbinin tərcümə xətası olduğunu iddia edib. Qəzetin Orta Şərq üzrə müxbiri Martin Çulov yazıb ki, Türkiyə prezidenti ilə ABŞ prezidenti arasında İsraildə həbs olunan türk vətəndaşı Ebru Özkan və rahib Andryu Bronsonla bağlı bir söhbət zamanı yanlış anlaşılma baş verib. Müxbirin yazdığına görə, “Tramp Özkanın azadlığa buraxılmasına çalışmaq üçün baş nazir Benyamin Netanyahunu razı salmasının ardınca türk həmkarının da Bronsonu dərhal azadlığa buraxacağı ilə bağlı bir anlaşma imzalayacağına inandı. Ərdoğan isə bunun əvəzinə Bronsonun azadlığa buraxılmadan öncə ev həbsinə alınmasına razılıq verdiyini düşündü. Bronson 25 iyulda ev həbsinə alındı. Görüşdə, sadəcə, Ərdoğan, Tramp və bir tərcüməçi vardı...”

Yeni Müsavat” yazır ki, bu günə qədər dünyada diplomatik krizlərə, soyuq müharibələrə səbəb olan onlarla yanlış tərcümə, tərcüməçi xətaları hekayəsi var. Bəzən bir sözün, ifadənin yanlış tərcümə olunması belə qos-qoca dövlətlər, prezidentlər arasında münasibətləri pisləşdirib, iqtisadi-siyasi krizlərin yaşanmasına səbəb olub. Bunlardan bəzilərini nəzərinizə çatdıraq:

Prezident bütün xalqı “arzulayıb”?

Amerika prezidenti olmuş Cimmi Karter danışanda geniş kütlələrin diqqətini necə özünə çəkəcəyini bilirdi. 1977-ci ildəki Polşa ziyarəti zamanı etdiyi bir çıxışda bu ölkəyə qarşı “cinsi arzu” hiss etdiyini deməsi ciddi qalmaqal yaratmışdı. Ən azından tərcüməçisi onun dediklərini belə tərcümə etmişdi. Amma sonradan anlaşıldı ki, Karter əslində Polşa xalqının “gələcəyə dair arzularını” anlamaq istədiyini söyləyib.

Karterin tərcüməçisi eyni zamanda “Bu sabah Amerikadan ayrıldım” sözlərini də “bir daha dönməmək üzrə Amerikanı tərk etdim” şəklində tərcümə etmişdi. O həftə yayımlanan “Time” jurnalına görə, Karter Polşada olduğuna görə xoşbəxt olduğunu desə də, tərcüməçi bu cümləni də “Polşa ilə bərabər olmaq məni xoşbəxt edir” şəklində tərcümə etdiyi üçün yanlış anlaşılmaya səbəb olmuşdu.

Karter axşamkı özəl yemək zamanı eyni tərcüməçinin xidmətindən istifadə etməsə də, sıxıntısı sona çatmamışdı. Yeməkdəki nitqi zamanı ilk cümləsini deməsi səssizliklə qarşılanmışdı. İkinci cümləsi də həmçinin. Prezidentin yeni tərcüməçisi onun ingilis dilində danışığını anlamamış və səssiz qalmağı tərcih etmişdi. Karter Polşadan gedəndə bu tərcümə xətaları lətifə kimi dildən-dilə dolaşırdı.

“Sizi basdıracağıq” - soyuq müharibə yaradan yanlış tərcümə

1956-cı ildəki bir tərcümə xətası isə soyuq müharibə atmosferinin daha da gərginləşməsinə səbəb olmuşdu. SSRİ MK sədri  Nikita Xruşşovun Moskvadakı Polşa səfirliyində qərbli diplomatlara yönəlmiş bir yeməkdə etdiyi çıxış zamanı cümlələrindən biri “Sizi basdıracağıq” deyə tərcümə edilmişdi. Bu sözlər həmin illərdəki jurnal və qəzet manşetlərinə daşındı, SSRİ  ilə Qərbin onsuz da soyuq olan münasibətləri daha da pisləşdirdi.

Amma kontekst daxilində düşünüləndə Xruşşovun sözləri əslində aşağıdakı kimi idi: “Xoşunuza gəlsə də, gəlməsə də, tarix bizim yanımızdadır. Sizin altınızı oyacağıq” mənasında işlənmişdi. Bu isə kommunizmin daha çox yaşayacağını, kapitalizmin isə içindən çökdürüləcəyini vurğulayırdı. Yəni Karl Marksın “burjuaziya özü-özünə məzar yaradıb” fikrinə bir mesaj idi əslində. Bu, heç bir halda onun Amerikaya qarşı nüvə müharibəsi aparacağı təhdidi vermir və bu mənaya gəlmirdi.

Xruşşov sözlərinə aydınlıq gətirməyə çalışsa da, bu, onun bir neçə ilini almışdı. 1963-cü ildə isə Yuqoslaviyada etdiyi bir çıxışda belə deyirdi: “Təbii ki, sizi kürəklə basdırmayacağıq. Öz işçi sinfimiz sizi basdıracaq”.

Diplomatiya dili

Görüşlər zamanı edilən yanlış tərcümələr təbii olaraq müzakirələrə səbəb olur. “Rica etmək” mənasını verən, fransız dilində olan “demander” sözü 1830-cu ildə Parislə Vaşinqton arasındakı görüşlərdə problem yaratmışdı. Fransanın Ağ Evə göndərdiyi məktubda yer alan bir cümlədə istifadə edilən bir kəlmə “Fransa hökuməti tələb edir” şəklində tərcümə edilmiş və diplomatiya dilinə uyğun hesab edilməmişdi. Yol verilən xəta düzəldilən kimi görüşlərə davam edildi.

Bəzi yetkililər isə dil fərqliliklərini öz məqsədləri üçün istifadə etməkdə suçlanır. İngiltərə hökuməti ilə Yeni Zelandiyadakı Maori xalqı arasında 1840-cı ildə imzalanan bir anlaşmada bu problem yaşanmışdı. Anlaşmanın ingilis dilindəki mətni ilə maori dilindəki mətnlər arasında ciddi fərq vardı. Məhz buna görə də maorilər anlaşmanın saxtalığına dair etiraz hərəkatı başlatmışdı.

 “Uzaq düşüncəli çinlilər’

ABŞ prezidenti Riçard Niksonun 1972-ci ildəki Çin ziyarətində yaşananlar isə yanlış tərcümədən daha çox yanlış anlama qaynaqlı idi. Həmin dönəmin Çin lideri Çu En-Layın Fransız inqilabının təsirlərinə dair bir suala “şərh vermək üçün çox tezdir” deyə cavab verdiyi deyilirdi. Bu sözlər Çin fəlsəfəsinin dərinliyinin ifadəsi olaraq görüldü. Halbuki çinli lider Fransadakı 1968 hərəkatına işarə edərək, bu sözlərdən istifadə etmişdi. Həmin dönəm Nixonun tərcüməçiliyini edən amerikalı diplomat daha sonra təqaüdə çıxanda bunları deyəcəkdi: “İşə yarayan bir yanlış anlama olduğu üçün kimsə onu düzəltmə ehtiyacı hiss etmədi. Çinli dövlət adamlarının uzaqgörən olduqlarına, qərbli məsləkdaşlarından çox daha uzun müddətli düşündüklərinə dair bir fikir var. İnsanlar belə bir şey eşitmək və inanmaq istədiyi üçün o yanlış anlaşılma da eləcə qaldı, heç kim onu düzəltmədi”.

Düymə səhv basılıb, yanlış ifadə seçilib və...

ABŞ-ın Havay ştatında ballistik raket hücumu barədə verilmiş həyəcan siqnalı onun yanlış verildiyi müəyyən olunana qədər yerli sakinləri təlaşa salıb. Həmin gün   Havay sakinlərinin mobil telefonlarına göndərilmiş rəsmi mesajın mətni belə olub: “Havay istiqamətində yaxınlaşan ballistik raket təhlükəsi. Təcili olaraq sığınacaq axtarın. Bu, təlim-məşq deyil”. Ştatın qubernatoru David Lige yanlış siqnalın verilməsinə görə üzr istəyərək deyib ki, hadisəyə səbəb işçinin düyməni səhv basması olub.

Qəzetçi sual verdi, yanlış tərcümə edildi və Berlin divarı götürüldü

Daha bir yanlış anlaşılma nəticəsində baş verən qalmaqala keçək. 1989-cu ildə o zaman Almaniya Demokratik Respublikasında siyasətçi Gunter Şabovski mətbuat konfransı keçirirdi və Şərqi-Qərb Almaniya sərnişin məhdudlaşdırılmaları ilə bağlı açıqlamalar verirdi. Amma qurduğu tək bir cümləni tamamən yanlış bir şəkildə qurdu və dedikləri sərnişin məhdudlaşdırılmalarının tamamən aradan qaldırılması kimi anlaşıldı. Bunu eşidən bir qəzetçi bu dəyişikliklərin nə zaman həyata keçəcəyini soruşdu və Sabovski “dərhal” deyə cavab verdi. Və nə oldu? Berlin divarı dərhal aradan götürüldü.

1961-ci ildə Kuba hücumu planlaşdırıldığı zaman həm hava qüvvələri, həm də ordu eyni vaxtda sürpriz  bir plan hazırlamışdı. Amma Pentaqon Nikaraqua və Kuba arasındakı saat fərqini hesablamağı unutdu və hava qüvvətləri 1 saat gecikdi. Nəticə? Hücum bir məğlubiyyətlə nəticələndi.

1961-ci ildə SSRİ “N1” raketi ilə Ayı hədələyirdi. Yanacaq nasosuna ilişən bir əşya isə raketin qalxmasından saniyələr sonra partlamasına səbəb oldu. Baş vermiş hadisə nüvə bombası xaricində insanlıq tarixinin gördüyü ən böyük partlama idi...

Marşal Ervin Rommel 1944-cü ildə Avropanı müttəfiq dövlətlərdən qorumağa məsul idi. Rommel  həmin ilin 6 iyununda həyat yoldaşının ad günü partisinə qatılmaq üçün icazə aldı və məhz həmin gün müttəfiqlər Normandioyaya ayaq basdılar. Bununla almanlar II Dünya müharibəsindəki ən böyük məğlubiyyətlərini yaşadılar.

Amerika inqilabı zamanı Vaşinqton pullu əsgərlər tərəfindən mühasirəyə alınan Trenton şəhərini ələ keçirə bilmək üçün Delaveyrə daxil olaraq irəliləyirdi. Yol üstündəki bir fermer əsgərləri gördü və bir məktub yazaraq pullu əsgərlərin komandiri Cohann Gotlieb Rallə göndərdi. Amma məktub açılmamış bir halda müharibədən sonra Rallin cibində tapıldı.

Beynəlxalq bir konfrans zamanı ispan nümayəndə heyətinin üzvü nitqinə başlayarkən “qrip oldum, çox üzr istəyirəm” (estoy constipado, perdoname) deyən kimi tərcüməçi onu fransız dilinə tərcümə edib və Fransız nümayəndə heyəti arasında bir gülüşmə yaranıb. Çünki ispan dilindəki “constipado” sözü fransız dilində qəbizlik deməkdir. Tərcüməçinin diplomatın dilindən “qəbiz oldum, çox üzr istəyirəm” deməsi daha sonra yanlış anlaşıldığı üçün problem yaratmışdı. Tərcüməçi öz səhvini düzəltməyə çalışsa da, buna etiraz edən İspaniya nümayəndə heyəti salonu tərk etmişdi.

Bir kəlməyə görə bir ay uzanan müharibə

2008-ci ildə Gürcüstanla Rusiya arasındakı kriz zamanı Fransa bu ölkələr arasında vasitəçilik funksiyasını üzərinə götürmüşdü. Bu durum Fransa üçün, beynəlxalq mənada, diplomatik bir uğur nişanəsi olaraq göstərilmişdi. Əldə edilən anlaşmaya görə Rusiya  qüvvələri Gürcüstan, Cənubi Osetiya və Abxaziyadan çəkiləcəkdi. Bu anlaşma rus və ingilis dillərinə də tərcümə edilmiş və tərəflərin imzası ilə təsdiqlənmişdi. Amma bir problem vardı: anlaşmanın imzalanmasının üzərindən bir ay keçməsinə baxmayaraq, rus əsgərləri hələ sözügedən bölgədən çəkilməmişdilər.

Problem bir tərcümə xətasına görə baş vermişdi. İngilis dilinə tərcümədə “Osetiyadan” sözü, rus dilinə tərcümədə “Osetyada” olaraq qeyd edilirdi. Rusiya bu vəziyyəti sözügedən üç bölgədə tankların qalmasının bir səbəbi olaraq qiymətləndirirdi.

Bu xəta “Daily Teleghrap” qəzetinin durumu fərq etməsi ilə ortaya çıxdı. Bunun ardınca Rusiya üçün daha az basqın olan yeni bir anlaşma hazırlandı. Bu tərcümə xətası ilə Rusiya əsgərlərini geri çəkdi, amma özü üçün önəmli olan iki dövlətin dünya miqyasında rəsmiləşməsini də təmin etdi.

Ayaq üstə yatan tərcüməçilər

2012-ci ildə farscadan ingiliscəyə edilən  uğursuz bir tərcümə Qərb mediasında diqqət oyatmışdı. Dönəmin İran prezidenti Əhmədinejadın bir nitq zamanı istifadə etdiyi “İsrail xəritədən silinməlidir” sözü sərt reaksiyaya səbəb olmuşdu. Əslində Əhmədinejad Xomeyniyə aid olan bu sözləri çatdırırdı. Amma tərcüməçilər sanki bu sözü o deyibmiş kimi tərcümə etmişdilər.

 2012-ci ildə Misir prezidenti Mursinin danışığını tərcümə edən tərcüməçi Bəhreyn və Misir arasında qısamüddətli ciddi bir krizə səbəb olmuşdu. Danışığın sonunda Bəhreyn Misirin üzr istəməsini tələb etmişdi. Olay çox bəsit idi: diqqətsiz tərcüməçi Mursinin haqqında danışdığı Suriya əvəzinə Bəhreyn demişdi.

Fransanın sabiq baş nazirlərindən olan  Jean Marc Ayrault Almaniya ziyarətində alman dilindəki danışığı zamanı həm də iki ölkənin münasibətlərindən bəhs edərkən “furchtbar” (məhsuldar) sözü yerinə “fruchtbar ” (qorxunc, bərbad) demişdi. Bu da ciddi qalmaqala səbəb olmuşdu.

Sevinc TELMANQIZI,

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR