Slimfit
  1. DÜNYA

"Ölkələr arasında COVID-19 pandemiyasını nəzarətə götürmək üçün..."

"Ölkələr arasında COVID-19 pandemiyasını nəzarətə götürmək üçün..."
Sakura

"Ölkələr arasında COVID-19 pandemiyasını nəzarətə götürmək üçün..."

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Cenevrədə keçirilən brifinqdə Afrikada vəhşi poliovirus üzərində tam qələbə barədə məlumatları təsdiqləyib.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, doktor Tedros Qebreyesus bu virusun məhz Afrika xalqlarının və hökumətlərinin məqsədyönlü fəaliyyəti, həmçinin ÜST-nin beynəlxalq tərəfdaşlarının köməyi sayəsində aradan qaldırıldığını vurğulayıb.

Tedros Qebreyesus Afrikaya poliovirusa qarşı 1996-cı ildən bəri təxminən 9 milyon vaksinin gətirildiyini və bunun sayəsində 1,8 milyon insanın poliomielit xəstəliyinə tutulmasının qarşısının alındığını və azı 180 min nəfərin xilas edildiyini söyləyib.

ÜST-nin rəhbəri beynəlxalq maliyyə dəstəyinin poliovirusun yalnız qitədə qarşısının alınmasında deyil, həm də Afrika ölkələrinin səhiyyə sistemlərinin gücləndirilməsində mühüm rol oynadığını söyləyib. O, bu dəstəyin Ebola və koronavirusa qarşı mübarizədə də səmərəli olmasını xatırladaraq, tibb işçilərinin yetişdirilməsində və zəruri infrastrukturun yaradılmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Afrikada vəhşi poliovirusun aradan qaldırılması mühüm nailiyyətdir. Bu, həmrəylik ruhu bizi birləşdirən zaman əldə edə bildiyimiz mühüm nailiyyətləri xatırladır. Ölkələr arasında COVID-19 pandemiyasını nəzarətə götürmək üçün də bir-birimizə dəstək olmağımız çox vacibdir", - deyə T.Qebreyesus bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR