Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ölkədə təhlükəli virus yayılıb? - Nazirlikdən açıqlama

Ölkədə təhlükəli virus yayılıb? - Nazirlikdən açıqlama
Sakura

Ölkədə təhlükəli virus yayılıb? - Nazirlikdən açıqlama

Payız-qış mövsümünün başlaması ilə əlaqədar son günlər insanlar arasında yoluxucu xəstəliklərin aktivləşdiyi müşahidə olunur. Günlərlə davam edən bu xəstəliyin qrip virusu olması barədə ictimaiyyətdə müəyyən narahatlıq yaranıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, hazırda nə Azərbaycanda, nə də qonşu ölkədə təhlükəli qripin olması barədə məlumat var:

“Son günlər insanlar arasında müşahidə edilən isə yüngül formada keçirilən respirator virus infeksiyalarıdır. Bəzi hallarda buna soyuqdəymə də deyilir. Bu gün yayılan respirator infeksiya olduğuna görə ona yoluxanların sağalması 3-4 gün çəkə bilər. Əgər kimdəsə katalon əlamətlər varsa, həkimə müraciət etməlidir və həkimin təyinatı ilə evdə müalicə olunmalıdır”.

Nazirlik rəsmisi bu virusa yoluxanların sayının ötən ilin 9 ayı ilə müqayisədə azaldığını bildirib:

“Respirator virus infeksiyalarına yoluxanların sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur. Oktyabr ayında bu virusa yoluxmaq əsasən tək-tək hallarda qeydə alınır və bir çox hallarda ayaqüstü keçirilir, yüksək temperatur qeydə alınmır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR