Ölkədə maaş, pensiya və müavinətlərin artırılmasına ayrılacaq vəsait AÇIQLANDI
Növbəti il Azərbaycanda maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması üçün dövlət büdcəsindən 1 milyard 441 milyon manat vəsait xərclənəcək.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 16-da əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti əməkhaqqılarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb prezidentə təqdim etməli idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət