Slimfit
  1. AZƏRBAYCAN

"Ölkədə kadr islahatları davam edir"

"Ölkədə kadr islahatları davam edir"
Sakura

"Ölkədə kadr islahatları davam edir"

"Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına, Şirvan şəhərinə və Zərdab rayonuna yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edən zamanı Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, ümumən qəbuldakı nitqi, istər cəmiyyətşünaslıq baxımından, istər konkret istimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi dəyərlər baxımından diqqətəlayiq olub, özünə xəlqi, konstruktiv mü­nasibət tələb edir". Bunu SİA-ya açıqlamasında QHT rəsmisi Əkbər Qoşalı deyib.

QHT rəsmisinin sözlərinə görə, xəlqi və konstruktiv münasibət sözlərini təsadüfdən işlətmirəm; artıq prezidentin yeni təyin olunan başçılarla görüşünün ardından, bəlli müxalif media orqanları öz şakərlərinə sadiq qalaraq, qarayaxma işindədir. – Yenə yaxşıda yaman görmək, yenə uğur sözünü “suz” sözsonluğu olmadan təsəvvür edə bilməmək və s. Amma niyə axı? – Təkmilləşmə, inkişaf, tərəqqi… yeni təyinatlar və yeni kadrlarla yeni dövr… - bu gedişat azərbaycanlı olan kəsi niyə rahatsız etsin ki? Bəlkə, hər yenilik onları öz siyasi hikkələrindən, iddialarından daha bir xeyli uzaqlaşdırır da, ona görə? Bəlkə, məhz şakər dediyimiz nəsnə aktiv fazaya keçib? Yaxşı, hətta, beləsə belə, özünə jurnalist, tədqiqatçı, ziyalı, nə bilim, politoloq deyən kəs, azca düşüncəyə dalıb da, özü öz sözünə çəki-düzən verəmməzmi?.. Kadr dəyişikliyi getmir – irad, giley, kadr islahatı gedir – giley, irad… - Bəs necə olsun?.. Nəysə, söhbətin bu tərəfi suallarla bəzəkli olsa da, önəmli dərəcədə aydındır özlüyündə...

Bəli, ölkədə kadr islahatları davam edir. Prezidentin sözləri ilə desək, “kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçən ilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, is­lahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.

İstər son təynatlar, istər bundan bir qədər öncəki təyinatlar və təyinatlara verilən konstruktiv reaksiyalar, bir həqiqəti ortaya çıxardı: dövlət, cəmiyyət, bütövlükdə ölkəmiz yeniliklərə qərar­lıdır; bununçün həm siyasi iradə mövcuddur, həm də, cəmiyyətin istəyi, inamı…

Mən uzun illər gənclər sektorunda çalışmışam, gənclərlə iş, dövlət qulluğunda və ictimai fəaliyyətimdə mənimçün aparıcı xətt təşkil edib. Odur ki, istər-istəməz, gənc kadrların irəli çəkilməsi, onlara güvən olması, bir vətəndaş kimi də, necə deyərlər, gənclərlə iş sahəsində ixtisaslaşmış qardaşınız olaraq da, şəxsən mənimçün çox doğmadır, xoşdur.

Gənclik enerjisinin, yeni təfəkkürün dünya tarixində, bizim öz tariximizdə, çağdaş zəmanədə nələr etdiyini az-çox bilirik; onu da bilirik ki, Azərbaycan gəncliyinin böyük hissəsi şüurlu, peşəkar vətəndaşlardır; onlar çağdaş dövrün çağırışlarına biganə qalmayan, yeni dönəmin ritmini anlayan, milli ahəngi də gözləməklə irəli getməyin zəruriliyini başa düşən gənclikdir. Ən əsası, gənclərimiz bütün yabançı elektronik, dırnaqiçi sənət, dırnaqiçi musiqi, geyim-keçim, qida və s. təsirlərə baxmayaraq, cövhərdə, canda öz soykökünə bağlıdır, vətənpərvərdir. Yetər ki, onlarla düzgün iş qurulsun, onlarla ədalətli davranılsın, onların təşəbbüsləri diqqətə alınsın, müraciətləri vaxtlı-vaxtında cavab bulsun, gənc­lər-idman strukturları, gənclər evləri dövləti məsuliyyətin idrakında olsun. (Bu planda, məsələn, gənclər hərəkatının veteranları fəxri ünvanını daşıyan həmkarlarımı, gənclər hərəkatında təmən­nasız xidmətləri olan dostları xatırlayıram; onların bilik-bacarığı, vətənpərvərliyi bəllidir, təc­rübələri şübhə doğurmur və qəti əminəm ki, onların bu keyfiyyətləri məhz bu günümüzün dəyi­şiklikləri ilə çox səsləşir.)

Bunları niyə yazıram? – Cənab Prezidentin gənclərlə işi vurğulaması, vətənpərvərlik tərbiyəsinin önəmini qeyd etməsi ürəyimizdən xəbər verir. Bizlər bu mövqenin, prezident tapşırığının könül-könül, kollektiv-kollektiv, kənd-kənd, şəhər-şəhər, nəhayət ölkə boyunca doğuracağı yeni dalğanı görürük, sevinirik. Və güvənirik!

Gəlin bir yerdə, prezidentin yeni təyin olunan icra başçıları ilə görüşdəki sözlərini xatırlayaq: “müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar".

Bəli, dövlət başçısı məhz təcrübə ilə yeniliyin sintezini uğurların əsas bazası kimi qiymətləndirdi.

Bəli, dövlət başçısı məhz Vətənə bağlılığı önplana çəkdi, xarici təsirə vurğu yapdı. Bu yalnız yeni icra başçılarına deyil, elə bilirəm, hamımıza, bütün cəmiyyətə veriləm ismarıcdır. İdeoloji iş, gənclərlə iş, ümumən vətənpərvərlik işinin, dini maarifçiliyin və s. günümüzdəki önəmi məhz bu sözlərdə cəm olub. Hər kəs öz yerində, öz işində məsuliyyətli olsa, necə deyərlər, sabitqədəm olsa, bu elə vətənpərvərlikdir! Bakıda, Şəkidə, Ləkidə… fərq etməz, insan öz işini yaxşı görür, məsu­liyyətini drak edirsə, bu, Şuşaya, Laçına, Kəlbəcərə bayraq sancmağımıza xidmət dəyərindədir.

Hamı elliklə siyasətnən məşğul olmalı deyil, hamı eyni işi görməli deyil, hər kəs öz könlündə, öz yerində, öz işində ümumi işə töhvə versin, yetər…

Bu anlamda, Zərdabımız, Şirvanımız, Xətaili, Yasamallı, Suraxanılı Bakımız öz yerni başçıları ilə dövlətə, dövlətçiliyə, qüdrətli Azərbaycan startegiyasına töhvələrlə seçilsin istəyirik və inamla gözləyirik. Dövlətimizin bayrağı uca olsun!".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR