Slimfit
  1. AZƏRBAYCAN

Ölkədə iranpərəstlik hissi zəifləyib – Şirazın millət vəkili

Ölkədə iranpərəstlik hissi zəifləyib – Şirazın millət vəkili
Sakura

Ölkədə iranpərəstlik hissi zəifləyib – Şirazın millət vəkili

GünAz TV: Şirazın parlamentdəki millət vəkili Bəhram Parsayi ölkədə iranpərəstlik hissinin zəiflədiyini bildirib.

 

Bu barədə oktyabrın 21-də parlamentdə çıxış edən millət vəkili son vaxtlar Əhvazda baş verən silahlı hücumun əhali arasında iranpərəstlik hissinin azalması ilə əlaqələndirib.

 

“Əhali arasında iranpərəstlik hissinin tədricən zəifləməsi ölkədə milli birlik və təhlükəsizlik məsələlərində nigaranlıq doğurur. İnsanların xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsi öz ölkəsi və milli kimliyinə olan mənəvi bağlılığın zəifləməsindən qaynaqlanır.”- deyə o bildirib.

 

Bəhram Parsayi Ettelaat Nazirliyinin məsullarından aldığı məlumata istinad edərək bildirib ki, Əhvazda baş verən terror aktının əsas səbəblərindən biri əhali arasında milli kimlik və irançılıq hissinin zəifləməsidir.

 

İranın ölkədə yaşayan bütün millətlər üçün “vətən” kimi sırınması Pəhləvi dövründə başlayıb. Bu məfhumu formalaşdırmaq üçün Pəhləvi rejimi və İslam Cümhuriyyəti dövründə güclü asimilasyon siyasəti həyata keçirilib. Buna baxmayaraq İranda yaşayan müxtəlif millətlər, xüsusi ilə də Azərbaycan türkləri irançılığa qarşı dəfələrlə etirazlar keçirib, hətta İran bayrağını yandırıblar. Ölkədə millətlərin özünəməxsus kimliyinin İran kimliyini üstələməsi prosesi son vaxtlar açıq-aşkar hiss olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR