Ölkədə bu il debitor borclar artdı
Debitor borcların həcmində artım müşahidə edilib, inzibati təsnifat üzrə siyahıda genişlənmə, iqtisadi təsnifat üzrə siyahıda isə daralma qeydə alınıb.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.
Qeyd edilib ki, bu iyulun 1-nə debitor borcların məbləği 3150,0 mln. manat təşkil edib, ilin əvvəlinə nisbətən 95,9 mln. manat və ya 3,1% artıb. Xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar üzrə yaranan borclar bu məbləğə daxil edilmir.
Dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatında maddə və yarımmaddələrdən 36-sı üzrə azalma, 15-i üzrə isə artım olub. Dövrün əvvəlində debitor borc qeydə alındığı maddə və yarımmaddələrin siyahısı bir qədər azalaraq 49-a enib. Debitor borcun inzibati təsnifat üzrə təhlilinə əsasən, debitor borcların mövcud olduğu istiqamətlərin sayında artım izlənmişdir. Belə ki, hesabat dövrünün əvvəlində debitor borcun qeydə alındığı istiqamətlərin sayı hesabat dövründə 107-yə yüksəlmişdir. Debitor borcların analitik prosedurlarla araşdırılması üzrə 275,5 mln. manatdan çox məbləğində borcun hərəkətində heç bir dəyişikliyin izlənmədiyini göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət