Slimfit
  1. CƏMİYYƏT

Ölkədə 12 yaşdan yuxarı şagirdlər vaksin olunmalıdır?

Ölkədə 12 yaşdan yuxarı şagirdlər vaksin olunmalıdır?
Sakura

Ölkədə 12 yaşdan yuxarı şagirdlər vaksin olunmalıdır?

Azərbaycanda 12 yaşdan yuxarı şagirdlərin məcburi vaksinasiya olunması ilə bağlı tapşırıq yoxdur.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Nazirlik rəsmisi söyləyib ki, Səhiyyə və Təhsil Nazirliyinin birgə yaydığı məlumat sadəcə tövsiyə xarakterlidir:

"Düşünmürəm ki, bu günə qədər həmin yaşda olan hansısa şagirdin peyvənd olunmadığına görə məktəbə buraxılmamasına dair bir fakt var. Belə hadisə olmayıb. Yenə də təkrar edirəm ki, bu, sadəcə tövsiyədir. Əgər aidiyyəti qurumlar belə bir qərar veribsə, deməli, bunun əsasında tədqiqatlar və elmi araşdırmalar dayanıb".

Qeyd edək ki, ölkədə oktyabrın 15-dən 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına qərar verilib. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən həmin yeniyetmələrə COVİD-19 əleyhinə Pfizer peyvəndi vurula bilər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR