Dərc edildi: Baxış sayı: 436
Olimpiya və Paralimpiya Oyunları üçün Azərbaycanın büdcədən ayırdığı vəsait açıqlandı
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı növbəti ilin dövlət büdcəsi açıqlanıb.
Oxu.Az Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunun üçün 10 milyon manat büdcədən ayrılıb.
Bundan başqa, XVI yay Paraolimpiya Oyunlarında iştirak xərcləri üçün 700 min manat, fiziki və əqli qüsurlu idmançıların idman yarışlarında iştirakı üçün 800 min manat vəsait nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət