Slimfit
  1. İDMAN

Olimpiya halqalarının orijinal rəsmi satıldı

Olimpiya halqalarının orijinal rəsmi satıldı
Sakura

Olimpiya halqalarının orijinal rəsmi satıldı

Müasir Olimpiya Oyunlarının banisi Pyer de Kubertenə məxsus Olimpiya halqalarının orijinal rəsmi Fransanın Kann şəhərində keçirilən hərracda satılıb.

Ens.az Telegraf.com-a istinadən xəbər verir ki,21x27,5 santimetr ölçüdə ağ kətan üzərində çəkilmiş rəsm üçün 185 min avro ödənilib.

Olimpiya Oyunlarının əsas simvolu olan Olimpiya halqaları ağ fonda göy, sarı, qara, yaşıl və qırmızı rənglərdən ibarət olan beş bir-birinə birləşdirilmiş halqadan tərtib olunub. Simvol ilkin olaraq Baron Pyer de Kuberten tərəfindən 1912-ci ildə hazırlanıb. Kubertenin sözlərinə görə, ağ fondakı rəngli halqalar o vaxt Olimpiya Oyunlarında yarışan bütün milli bayraqlarda görünən rənglərdən xəbər verir - mavi rəng Avropa, sarı Asiya, qara Afrika, yaşıl Avstraliya, qırmızı - Amerika. Beş halqalı bayrağın 1914-cü ildə BOK-un Konqresi zamanı ictimaiyyətə təqdim edilməsi planlaşdırılsa da, lakin Birinci Dünya müharibəsi səbəbindən tədbir ləğv edilib. Nəticədə bayraq Antverpendəki 1920-ci il Yay Olimpiya Oyunlarının açılış mərasimindən əvvəl təqdim edilib.

Bu ilin fevralında rusiyalı iş adamı, Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov Pyer de Kuberten tərəfindən yazılan “Olimpiya manifesti”nin əlyazmasını Lozannadakı Olimpiya muzeyinə bağışlayıb.

Müasir Olimpiya Oyunlarının bərpası fransalı Pyer de Kubertenin adı ilə bağlıdır. Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər dörd ildən bir keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR