Dərc edildi: Baxış sayı: 574
Olimpiya çempionu koronavirusa yoluxdu
Boks üzrə ağır çəkili olimpiya, dünya və ikiqat Avropa çempionu Yevgeni Tişenko koronavirusa yoluxub.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, idmançı özü həkimlərə müraciət edib.
Zəruri analizlər götürüldükdən sonra onda koronavirus diaqnozu təsdiqlənib. 28 yaşlı boksçuda virusun yüngül forması olduğundan, o, evdə özünütəcrid rejimində karantinə göndərilib.
Qeyd edək ki, Yevgeni Tişenko peşəkar boksda keçirdiyi yeddi görüşdə məğlubedilməzdir. O, WBO kəmərinin sahibidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət