Slimfit
  1. DÜNYA

Olimpiadanın açılışı biabırçı idi - Nazir müavini

Olimpiadanın açılışı biabırçı idi - Nazir müavini
Sakura

Olimpiadanın açılışı biabırçı idi - Nazir müavini

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, İtaliyanın baş nazirin müavini və infrastruktur naziri Matteo Salvini hesab edir ki, Olimpiya Oyunlarının açılış mərasimi biabırçı keçib.

"Dəhşətli başlanğıcdır, əziz fransızlar. Biabırçılıqdır", - o "X" hesabında yazıb.

Matteo Salvini, həmçinin Olimpiadanın açılışı ilə bağlı canlı yayımda İncildəki "Sonuncu şam yeməyi" süjetinə istinad edən bir parçanı şərh edərək, bunu dünyadakı milyonlarla xristianlara qarşı təhqir adlandırıb.

İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasından olan Avropa Parlamentinin deputatı Nikola Prokaççini isə Olimpiya Oyunlarının açılış mərasimini gey paradla müqayisə edib.

"Gey-parad mərasimini bəyəndim. Bilmirsiniz, Olimpiya paradı nə vaxt olacaq?" - siyasətçi "X" hesabında istehza ilə yazıb.

"İtaliyalı Qardaşları"nın senatoru Luço Malan "X" hesabında İncildəki "Sonuncu şam yeməyi"nin süjetini təqlid edən səhnəyə işarə edərək yazıb ki, Parisdəki mərasim Fransa və Avropanı utanmağa məcbur edir.

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi əvvəl adət olduğu kimi stadionda deyil, qonaqların, o cümlədən yüksəkvəzifəli məmurların yağış altında dayandığı Sena sahilində açılıb. Onların arasında İtaliya Prezidenti Serco Mattarella da olub. Milli yığmanın bir neçə idmançısı Sena boyunca qayıqla üzdükdən sonra o, mərasimi tərk edib.

Qeyd edək ki, Olimpiya Oyunları avqustun 11-dək davam edəcək

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR