"Ola bilərmi mən bu koronavirusu bir neçə ay əvvəl öncə keçirmişəm?" sualına mütəxəssisdən cavab
Məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov yeni tip koronavirusla bağlı uzun müddətdir səsləndirilən sualları qeyd edib.
Ens.az Publika.az-a istinadən xəbər verir ki,mütəxəssis bir çox insanın virusu daha əvvəl yüngül əlamətlərlə və ya tam əlamətsiz keçirə bildiyini yazıb.
“Ola bilərmi mən bu koronavirusu bir neçə ay əvvəl öncə keçirmişəm? Ola bilərmi ayaqüstü sağalmışam? Mən hansı analizlə bunu öyrənə bilərəm? Bəli ola bilər. İnsanlar bunu qanda koronavirus antitel testlərindən biri olan COVID-19 IgG analizini yoxlatmalıdır. IgG xəstəlik meydana gələndən minimum 14 gün sonra yaranır, ona görə də diaqnostik test deyil. Bu analiz keçmişdə karonavirus infeksiyasının keçirilib-keçirilmədiyini göstərir. IgG müsbət nəticə versə, ehtimal olunur ki, xəstədə COVID-19-a qarşı immunitet var. Amma bu nə dərəcədə və hansı müddətə həmin insanı qoruyur, hələ ki, bilinmir. Tədqiqatlar davam edir”, - həkim qeyd edib.
Ş.Məmmədov bildirib ki, buna görə də IgG nəticəsi müsbət olan insanlar digər insanlar kimi özünü qorumağa davam etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət