Slimfit
  1. CƏMİYYƏT

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın ilk günü hava necə olacaq?
Sakura

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Ens.Az-ın məlumatına görə,Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR