Slimfit
  1. CƏMİYYƏT

Oktyabrın 1-dən taksi proqramları işləməyəcək? - Video

Oktyabrın 1-dən taksi proqramları işləməyəcək? - Video
Sakura

Oktyabrın 1-dən taksi proqramları işləməyəcək? - Video

Taksi fəaliyyəti dayandırılacaq. Bu xidmət növü ilə bağlı proqramlar bağlanacaq.

Ens.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, sosial mediada oktyabrın 1-dən taksi fəaliyyəti ilə bağlı proqramların dayandırılacağı ilə dayandırılacağı ilə bağlı iddilar yayılır.

Paylaşımlar insanlar və taksi sürücüləri arasında narahatlığa səbəb olub. Ekspertlər isə yayılan məlumatların həqiqətə uyğun olmadığını hesab edirlər.

Ekspert Elməddin Muradlı bildirib ki, əgər taksi fəaliyyəti ilə bağlı proqramların dayandırılarsa bu sahədə böyük xaos yaranar. Ona görə də belə qərarın verilməsi mümkün deyil.

Məsələyə Yerüstü Nəqliyyat Agentliyi də münasibət bildirib. Qurumdan qeyd edilib ki, növbəti ayın 1-dən taksi fəaliyyətinin dayandırılacağı ilə bağlı məlumatlar əsassızdır.

“Qanunvericiliyə olunan dəyişikliklər taksi xidməti sektorunda bir sıra yenilikləri nəzərdə tutur.”

Belə ki, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün dövlət rüsumu ödənməlidir. Digər yeniliklər isə buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır. Buraxılış vərəqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.

Taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün icazə, buraxılış vərəqəsi və buraxılış kartı 7 il müddətinə verilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR