Dərc edildi: Baxış sayı: 585
Oktay Şirəliyevdən yeni təyinat
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oktay Şirəliyev əmr imzalayıb.
Əmrə əsasən, Xoşbəxt Ağayeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.
Bundan əvvəl X.Ağayeva həmin səhiyyə müəssisəsində terapevt həkim vəzifəsində işləyib.
Qeyd edək ki, bundan əvvəlki baş həkim Nizami Mehdizadə oktyabrın 17-si tutduğu vəzifəsində azad olunub
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət