Dərc edildi: Baxış sayı: 604
Öksüz Aşıq - Tunanın
Misalı cənnətdir əwəl baharı
Açılır qırmızı gülü Tunanın.
Ötər bülbülləri leylü naharı
Əsər badi səba yeli Tunanm.
Əlaman dağından bəri keçmişdir,
Engürüs elindən yollar açmışdır,
Analar ağlatmış, qanlar içmişdir,
Söyləməyə yoxdur dili Tunamn.
Turaba qərq olmuş, yerdədir üzü,
Arzulayıb axar Qara dənizi.
Cəmrələr düşüncə sökülür buzu
Ovalara çıxar seli Tunamn.
Öksüz Aşıq bunu boylə dedimi,
İndi ovalara basdı qədəmi.
Salamlamış Estorqanla Budanı
Belqrada uğrar yolu Tunamn.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət