Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Okeanlarda üzən mikroplastik hissəciklər insan üçün təhlükəlidir

Okeanlarda üzən mikroplastik hissəciklər insan üçün təhlükəlidir
Sakura

Okeanlarda üzən mikroplastik hissəciklər insan üçün təhlükəlidir

Dəniz və okean sularının tərkibindəki mikroplastik zərrəciklər insanlar, balıqlar və ətraf mühit üçün zəhərli olan mikrobların dayışıcısıdır. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, son tədqiqatların kədərli nəticələri bunu göstərir.

Britaniya Tropik Dəniz Elmləri İnstitutunun alimləri müəyyən ediblər ki, dəniz və okean sularının tərkibindəki çoxsaylı mikroplastik zərrəciklər öz səthində zəhərli bakteriyalar daşıyır. Bu bakteriyalar insanlar, balıqlar və ətraf mühit üçün böyük təhlükə mənbəyidir. Alimlər laboratoriyalarda diametri 5 millimetrdən az olan mikroplastik zərrəcik nümunələrini tədqiq ediblər. Bu zərrəcdiklərdə yara nahiyəsində infeksiyalara səbəb olan vibrion bakteriyası, habelə qastroenterit törədən arkobakter aşkar edilib.

Bundan əlavə, mikroplastikdə mərcanları məhv edən, balıqları zəhərləyən bakteriyalar tapılıb. Alimlər bildirirlər ki, bütün bu mikroorqanizmlər insanlarda, dəniz və okean sakinlərində ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Onlar müxtəlif ölkələrin hakimiyyət orqanlarını təbii sututarlarda plastik kütlənin səviyyəsinin azaldılması istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağırırlar. Ən sadə hesablamalar göstərir ki, hər il dəniz və okeanlara 7 milyon ton plastik kütlə atılır.

Britaniya alimləri tədqiqatlar çərçivəsində Sinqapur sahillərindən 275 mikroplastik nümunəsi götürüblər. Zərrəciklərin səthində bütövlükdə 400-dən çox bakteriya növü aşkar edilib. Plastik kütlə canlı orqanizmlərin çoxunun canına hopur, orada toplanır və qida zənciri vasitəsilə insan orqanizminə daxil olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR