Dərc edildi: Baxış sayı: 650
Okeanın dibi sualtı dronlarla təmizlənəcək
Süni zəkasız mümkün olmadı.
İnternetdə okeanın dibində olan tullantıların sualtı dronlar vasitəsilə təmizlənəcəyi haqqında informasiya yayılıb. Bu prosesi həyata keçirəcək "SeaClear" adlı layihəninin maliyyələşdirilməsini Avropa Birliyi öz üzərinə götürüb.
Ens.Az ted.az-a istinadən bildirir ki, təmizləmə prosesinə bir anda dörd robot daxil olacaq: hava dronu, iki sualtı pilotsuz təyyarə və pilotsuz səth gəmisi.
İkincisi, digərləri üçün "ana" gəmi rolunu oynayacaq.
"SeaClear" prototipinin bu ilin yazında Hamburq limanında və Xorvatiyanın Dubrovnik sahillərində uğurla sınaqdan keçirildiyi bildirilir. Sınaq zamanı dronlar 20 metrdən 30 metrə qədər dərinliyə dalıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət